AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Google şirkətinin genişləndirilmiş reallıq (XR) eynəyinin prototipi sərgilənib

09.04.2025 / Maraqlı məlumatlar
2024-cü ilin sonunda Google, Samsung və Qualcomm ilə əməkdaşlıq çərçivəsində hazırlanmış Android XR əməliyyat sistemini təqdim etdi. Android XR platforması süni zəkanı, artırılmış reallığı (AR) və virtual reallığı (VR) bir araya gətirərək genişləndirilmiş reallıq (XR, extended reality) qurğuları ilə qarşılıqlı əlaqəni mümkün edir. Bu gün TED2025 tədbirində Android XR-ın rəhbəri Shahram Izadi öz çıxışı zamanı cihazın bəzi funksiyalarını nümayiş etdirmək üçün XR eynəklərinin prototipindən istifadə edib. Google, Android XR üçün xüsusi olaraq Maps, YouTube, Chrome və digər tətbiqlərin XR versiyalarını hazırlayıb.
Hazırda şirkət XR rejimində çoxpəncərəli brauzer versiyası üzərində işləyir və Google Play-dəki mövcud tətbiqlərin dəstəklənməsini təmin etməyə çalışır. İnterfeysindən əlavə, Android XR adi əməliyyat sistemindən Gemini adlı multimodal süni zəka modelinə əsaslanan genişləndirilmiş funksiyalar toplusu ilə fərqlənir. Google-un sözlərinə görə, bu model XR cihazlarının funksionallığını əhəmiyyətli dərəcədə artıracaq. Hazırda Google və Samsung süni zəka sahəsində Google-un son nailiyyətlərindən istifadə edərək Android XR əməliyyat sistemi ilə işləyən cihazlar üzərində işləyirlər.
Google diqqətini eynək form-faktoruna yönəldib, Samsung isə Apple Vision Pro-ya bənzər bir cihaz hazırlayır. Hazırda Android XR əsaslı Google cihazları barədə çox az məlumat var, lakin İzadinin bu eynəklərlə çıxış etməsi şirkətin bu sahədəki ciddi niyyətlərini təsdiqləyir. Izadi-nin istifadə etdiyi eynək daha əvvəl internetə sızmış prototip şəkillərindən fərqlənmir. Çıxış zamanı fars dilindən ingilis dilinə tərcümə prosesi, şəkillərin tanınması və Android cihazları ilə eynəklər arasında qarşılıqlı əlaqə nümayiş etdirilib. Android XR əməliyyat sistemi ilə işləyən istehlakçı məhsullarının satışa çıxarılma vaxtı ilə bağlı hələlik konkret bir məlumat verilməyib.
technote.az
Tweet
ELANLAR
  • 13.03.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
  • 11.03.2026
    Elmi Şuranın ilk iclası keçiriləcək
  • 11.03.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
  • 06.03.2026
    14-15 aprel 2026-cı il tarixlərində Naxçıvan Dövlət Universitetində "Elmi inkişaf: uğurlar və çağırışlar" Doktorantların və Gənc Tədqiqatçıların III Respublika elmi konfransı keçiriləcəkdir.
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi