
Dünyanın ən qabaqcıl mikroçipi təqdim edildi
07.04.2025 / Maraqlı məlumatlar
Dünyanın ən qabaqcıl mikroçipi Tayvanda yerləşən yarımkeçirici istehsalçısı TSMC tərəfindən təqdim edilib.
2 nanometr (2nm) texnologiyalı yeni nəsil çipin kütləvi istehsalına ilin ikinci yarısında başlanacağı gözlənilir.
Yeni çipin performans və enerji səmərəliliyində əhəmiyyətli bir sıçrayış təmin edəcəyi və bununla da texnologiya dünyasında köklü dəyişiklik yaradacağı gözlənilir.


