AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Ərəbistan səhrasının sirləri: Regionun heyrətamiz keçmişi açıqlandı

11.04.2025 / Maraqlı məlumatlar

Beynəlxalq alimlər qrupu Ərəbistan yarımadasının tarixi haqqında təsəvvürlərimizi tamamilə dəyişən sensasiyalı bir kəşf edib. Məlum olub ki, bu gün cansız səhralarla örtülü olan Ərəbistan və Səhrə (Sahara) əraziləri keçmişdə bol sulu çaylar və göllərlə zəngin, çiçəklənən vahələr olub.

Bu barədə Avstraliyanın Qriffit Universitetinin alimlərinin apardığı araşdırmalarda bəhs olunur. Tədqiqatın nəticələri nüfuzlu "Nature" elmi jurnalında dərc edilib.

Araşdırma çərçivəsində tədqiqatçılar Səudiyyə Ərəbistanının mərkəzi hissəsində yerləşən mağaralarda stalaktit və stalaqmitlərin ətraflı analizini aparıblar. Bu cür mineral formalaşmalar yalnız bol yağıntı və sıx bitki örtüyünün olduğu iqlim şəraitində meydana gəlir. Alimlər müasir uran-qurğuşun tarixləndirmə metodundan istifadə edərək müəyyən ediblər ki, son 7 milyon il ərzində Ərəbistan yarımadasında ən azı dörd uzunmüddətli rütubətli iqlim dövrü olub.

Ərəbistandakı yağış izlərinin ən qədimi təxminən 7 milyon il əvvələ aiddir. Sonrakı rütubətli dövrlər isə 4-3 milyon, 2 milyon və təxminən 1 milyon il əvvəl baş verib. Bu nəticələr dünyanın ən erkən paleoiqlim qeydlərindən biri hesab olunur və regionun tarixini yenidən dəyərləndirməyə imkan yaradır.

Xüsusi maraq doğuran dövr isə 4-3 milyon il əvvələ təsadüf edir. Həmin vaxt Şərqi Afrikada da oxşar "yaşıl faza" müşahidə olunub və bu dövrdə orada australopiteklər kimi insanın erkən əcdadları yaşayıb. Tədqiqatçıların fikrincə, rütubətli dövrlərdə Ərəbistan yarımadası heyvanların və qədim homininlərin (insanın ulu əcdadlarının) Afrika və Avrasiya arasında miqrasiyası üçün təbii "körpü" rolunu oynaya bilərdi.

Hələlik insan əcdadlarının Ərəbistan üzərindən köçünə dair birbaşa sübutlar tapılmasa da, yeni kəşf bu istiqamətdə böyük ümidlər vəd edir. Alimlər hesab edirlər ki, regionda aparılacaq gələcək arxeoloji qazıntılar sensasiyalı tapıntılar - qədim fauna izləri və hətta insan fəaliyyətinə dair sübutlar ortaya çıxara bilər.

oxu.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi