AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

OpenAI GPT-4.1-i istifadəyə verməyə hazırlaşır

14.04.2025 / Maraqlı məlumatlar
OpenAI yaxın zamanda bir neçə yeni süni zəka modelini təqdim etməyi planlaşdırır. Bunlar arasında GPT-4-ün təkmilləşdirilmiş versiyası olan GPT-4.1 də yer alır. Bu model, flaqman səviyyəli düşünmə qabiliyyətinə malik GPT-4o modelinin inkişaf etdirilmiş versiyası olacaq. The Verge-in məlumatına görə, GPT-4.1 modeli də GPT-4o kimi mətn, şəkil və səsi real vaxt rejimində emal edə biləcək. OpenAI eyni zamanda bu modelin daha yüngül versiyalarını da təqdim etməyi planlaşdırır: GPT-4.1 mini və GPT-4.1 nano. Bu modellərin gələn həftə istifadəyə verilməsi mümkündür.
Bundan əlavə, şirkət o3 modelinin tam versiyasını və o4 mini adlı yüngülləşdirilmiş variantını da təqdim etməyə hazırlaşır. Süni zəka tərtibatçısı Tibor Blaho - yeni funksiya və modelləri digərlərindən əvvəl müşahidə etməsi ilə tanınır - ChatGPT-nin veb versiyasında bu modellərə dair istinadlar aşkarlayıb. Onun fikrincə, bu da modellərin yaxın zamanda istifadəyə veriləcəyinə işarədir. Maraqlıdır ki, OpenAI-nın baş direktoru Sam Altman daha əvvəl X sosial şəbəkəsində şirkətin məhsul xəttində “həyəcanverici funksiyaların” ortaya çıxacağını açıqlamışdı. Lakin bunun yeni modellərlə bağlı olub-olmadığını dəqiqləşdirməmişdi.
Eyni zamanda o, istifadəçiləri hesablama gücünə düşən yüksək yük səbəbilə gecikmələr və nasazlıqlar barədə əvvəlcədən xəbərdar etmişdi: “Performans problemlərini həll etdiyimiz müddətdə gecikmələr, nasazlıqlar və xidmətlərin ləng işləməsini gözləmək lazımdır”. Xatırladaq ki, daha əvvəl OpenAI ChatGPT-nin pulsuz versiyasında şəkil generatorundan istifadəyə məhdudiyyət qoymağa məcbur olmuşdu. Bu qərar serverlərin həddindən artıq yüklənməsi ilə əlaqəli idi. Altman-ın sözlərinə görə, bu funksiyanın məşhurluğu nəticəsində onların GPU-ları demək olar ki, əriməyə başlayıb, bu da şirkətin xidmətlərinə olan nəhəng tələbatın real təsdiqi kimi dəyərləndirilir.
technote.az
Tweet
ELANLAR
  • 26.08.2025
    “Kibernetika və İnformatikanın Problemləri” mövzusunda 6-cı beynəlxalq konfrans (PCI 2025) keçiriləcək
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 30.06.2025
    Üstün zəkalı insanların inkişafının məhdudiyyətsizliyi, qüsurlu insanların həyata müsbət baxışları adlı seminar keçiriləcək
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi