AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

ChatGPT-nin yaddaş funksiyası təkmilləşdirilib

14.04.2025 / Maraqlı məlumatlar
OpenAI ChatGPT-də süni zəka çat-botunu daha inkişaf etmiş yaddaşla təchiz edəcək yeni funksiyanın istifadəyə verildiyini elan edib. Bu yeni funksiya çat-botun əvvəlki bütün söhbətlərin məzmununa əsaslanaraq istifadəçiyə uyğunlaşdırılmış cavablar verməsinə imkan yaradacaq. Şirkət dəqiqləşdirir ki, ChatGPT-nin ayarlarında “Reference saved memories” kimi görünən bu funksiya, istifadəçilərlə aparılan söhbətləri daha məzmunlu və uyğun etmək məqsədi daşıyır. Yeniləmə həm mətn, həm səsli cavablara, həm də çat-botun yaratdığı şəkillərə danışıq kontekstini əlavə edəcək. Yeni yaddaş funksiyası ilkin olaraq ChatGPT Pro və Plus ödənişli abunəçiləri üçün aktiv edilib, lakin o, Böyük Britaniya, Avropa Birliyi ölkələri, İslandiya, Lixtenşteyn, Norveç və İsveçrə istifadəçiləri üçün keçərli olmayacaq.
OpenAI izah edir ki, bu bölgələrdə funksiyanın istifadəyə verilməsi üçün yerli qanunvericiliyə uyğunluq baxımından əlavə xarici yoxlamalar tələb olunur. Pulsuz istifadəçilər üçün bu yaddaş funksiyası əlçatan olmayacaq. OpenAI nümayəndəsi TechCrunch ilə söhbətində bildirib: “Biz hazırda bu funksiyanın ödənişli səviyyələrdə tətbiqinə fokuslanmışıq”. Yeni yaddaş funksiyasının məqsədi - ChatGPT-ni daha çevik və fərdiləşdirilmiş etməkdir. Beləliklə, istifadəçilər əvvəlki söhbətlərdə paylaşdıqları məlumatları təkrar etməli olmayacaqlar. Qeyd edək ki, bu ilin fevral ayında Google da Gemini modelində oxşar yaddaş funksiyasını istifadəyə vermişdi. Təbii ki, bütün istifadəçilər OpenAI-nin bu yolla onlardan daha çox məlumat “toplama” ehtimalından məmnun olmayacaq.
Xoşbəxtlikdən, istifadəçilərin bu funksiyadan imtina etmək imkanı var.  ChatGPT ayarlarında yaddaş funksiyasını deaktiv etmək, həmçinin saxlanılmış fərdi yaddaş qeydlərini idarə etmək mümkündür. Ötən il OpenAI ChatGPT-ni yeniləmişdi ki, istifadəçi istədikdə çat-bot əvvəlki söhbətlərdən müəyyən detalları unuda və ya yadda saxlaya bilsin. Lakin həmin funksiya adətən yalnız istifadəçinin açıq göstərişi ilə yaddaşın yenilənməsinə imkan verirdi. İstifadəyə verilmiş yeni funksionallıq isə prosesi daha təbii və avtomatik edir. OpenAI bildirir ki, bu yaddaş funksiyası artıq ChatGPT yaddaş xüsusiyyətlərini əvvəllər aktivləşdirmiş istifadəçilər üçün avtomatik olaraq açıq olacaq.
technote.az
Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi