AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Alimlər gizli qalaktikalar aşkar ediblər

14.04.2025 / Maraqlı məlumatlar
Yeni kəşf kosmos haqda anlayışımızı dəyişə bilər. Astronomlar “gizli” qalaktikalar populyasiyasını aşkar ediblər və bu qalaktikalar kainatın bəzi sirlərinin açarını daşıya bilərlər. Əgər onların mövcudluğu təsdiqlənsə, bu, kainatda qalaktikaların sayı və onların təkamülü ilə bağlı mövcud modelləri alt-üst edəcək. Həmçinin bu qalaktikalar kainatda enerjinin yaranma sirrini açmaq potensialına malikdir. Astronomlar fəaliyyətini artıq tamamlamış Herschel kosmik teleskopu vasitəsilə əldə olunmuş infraqırmızı birləşmiş görüntünü təhlil ediblər. Nəticədə, alimlər demək olar ki, 2000-ə yaxın “gizli” qalaktika aşkar etdiklərini bildiriblər.
İlkin nəticələr göstərir ki, kainatda görmə sahəmizdən kənarda gizlənmiş və kosmosda enerjinin necə yayılmasına təsir göstərən qalaktikalar mövcuddur. Astronomlar hesab edirlər ki, onlar kainatda müşahidə oluna bilən ən zəif işığa töhfə verən tamamilə yeni bir qalaktika populyasiyası aşkar ediblər. Alimlər bu birləşdirilmiş kosmos görüntüsünü indiyə qədər əldə olunmuş ən dərin uzaq infraqırmızı işıq görüntüsü adlandırırlar. Bu görüntü, Herschel kosmik teleskopunun SPIRE aləti ilə toplanmış 141 ayrı-ayrı görüntünün üst-üstə qoyulması ilə yaradılıb.
     
Yeni görüntü astronomlara tozla örtülmüş və yeni ulduzların böyük əksəriyyətinin formalaşdığı ən gizli qalaktikaları müşahidə etməyə imkan verib. Eyni zamanda alimlər hər bir qalaktikanın parlaqlığının, kainat boyunca yayılan ümumi enerji axınına necə təsir etdiyini ölçə biliblər. İlkin nəticələr astronomları təəccübləndirib. Bu qalaktikaların mövcudluğu hələ tam təsdiqlənməyib, lakin onlar kainatdakı infraqırmızı işığın enerji generasiyası ilə bağlı itkin olan hissəsini təqdim edə bilərlər. Alimlər ehtimal edirlər ki, bu qalaktikaların birləşmiş işığı ölçülmüş fon şüalanmasında mövcud olan boşluğu doldura və onu nəzəriyyənin proqnozları ilə uyğunlaşdırmağa imkan verə bilər.
Astronomların sözlərinə görə, onların aşkar etdikləri obyektlər çox güman ki, indiyə qədər məlum olmayan yeni bir qalaktika növüdür - bu qalaktikalar o qədər solğun görünürlər ki, görünən işıqda müşahidə edilmələri mümkün deyil. Əgər bu kəşf təsdiq olunarsa, bu qalaktika populyasiyası kainatda qalaktikaların sayı və onların təkamülü ilə bağlı mövcud bütün modelləri alt-üst edə bilər. Məsələ ondadır ki, əgər müşahidələr yalnız görünən işıqla məhdudlaşsa, kainatda baş verən kosmik fəaliyyətin ən azı yarısı gözdən qaça bilər. Alimlər adi teleskoplarla ulduz işığını müşahidə etdikdə, kainat tarixinin yalnız yarısını görə bilirlər. Digər yarısı tozla örtülüb və yalnız infraqırmızı işıq bu toz qatından keçə bilir.
Lakin toz miqdarı artdıqca, ondan keçə bilən infraqırmızı işığın dalğa uzunluğu da uzanır. Əslində, kainat tərəfindən istehsal olunan enerjinin təxminən yarısı ulduz işığından qaynaqlanır - bu işıq toz tərəfindən udulur və daha soyuq infraqırmızı şüalanma formasında yenidən yayılır. Alimlərin sözlərinə görə, kainatın təkamülünü tam şəkildə anlamaq üçün həm görünən işıq diapazonunda, həm də daha uzun dalğalı infraqırmızı şüalarla müşahidələr aparmaq vacibdir. İndi astronomlar ümid edirlər ki, işığın müxtəlif dalğa uzunluqlarını müşahidə edə bilən digər teleskopların köməyi ilə bu yeni qalaktika qrupunun mövcudluğunu təsdiqləyə biləcəklər. Lakin bu vəzifəni yerinə yetirəcək teleskop gələcəkdə istifadəyə veriləcək PRIMA kosmik teleskopudur - o, kainatı uzaq infraqırmızı işıq diapazonunda müşahidə edəcək.
technote.az
Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi