
"YouTube"dan yeni FUNKSİYA
14.04.2025 / Maraqlı məlumatlar
"YouTube" videohostinqi yeni funksiya yaradıb.
"TechCrunch" xəbər verir ki, yeni funksiya sayəsində "Shorts" videoçarxlarının baxılma müddətini məhdudlaşdırmaq mümkün olacaq.
İstifadəçilər "Shorts" videolarına baxmağa sərf olunan vaxta nəzarət etmək üçün gündəlik taymer təyin edə biləcəklər.
Baxış limiti videoların sonsuz sürüşdürülməsini dayandırmağa imkan verəcək.


