AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Azərbaycanda səhiyyə, təhsil, kənd təsərrüfatı sahələrində süni intellektin istifadəsi sınaqdan keçirilir

11.04.2025 / Maraqlı məlumatlar

Azərbaycanda səhiyyə, təhsil, kənd təsərrüfatı, idman və rəqəmsal hökumət kimi sahələrdə süni intellektin məsuliyyətli istifadəsi üzrə pilot layihələr sınaqdan keçirilir.

Bunu süni intellektlə bağlı "6th AI & Data Forum"da Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) İcraçı direktoru Fariz Cəfərov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda qəbul edilmiş Süni İntellekt üzrə Milli Strategiya ölkənin etik, inklüziv və innovasiya yönümlü süni intellektə gedən yolunu müəyyən edir və beş əsas istiqamətə əsaslanır.

“Birincisi, süni intellektin idarə edilməsi və tənzimlənməsidir: onun istifadəsi üçün normativ bazanın, etik standartların və qaydaların yaradılması. İkincisi, istedad və təhsil: gəncləri süni intellektlə idarə olunan gələcək əmək bazarına hazırlamaq və bütün Azərbaycan vətəndaşlarını AI-nin gətirəcəyi dəyişikliklərə uyğunlaşdırmaq. Üçüncüsü, infrastruktur və məlumat ekosistemidir. Superkompüterlər, məlumat mərkəzləri, məlumatların saxlanması və yüksəksürətli internet olmadan süni intellektin inkişafını təmin etmək mümkün deyil", - Fariz Cəfərov qeyd edib.

O bildirib ki, bu istiqamət ölkədə yüksək keyfiyyətli, təhlükəsiz və uyğun məlumatların təmin edilməsini nəzərdə tutur.

“Dördüncü sahə tədqiqat və innovasiyadır: AI sahəsində akademik ictimaiyyətə, startaplara və tətbiqi tədqiqatlara dəstək. Nəhayət, beşinci - beynəlxalq əməkdaşlıq. Süni intellekt sahəsində qlobal inkişaflardan təcrid olunmaq müsbət nəticələrə gətirib çıxarmayacaq. Buna görə də qlobal tərəfdaşlarla əlaqə qurmaq və süni intellekt üçün məsuliyyətli gələcəyin formalaşdırılmasında iştirak etmək vacibdir”, - Fariz Cəfərov vurğulayıb.

apa.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi