AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Alimlər ən uzaqda yerləşən böyük kütləli "ölü" qalaktikanı kəşf ediblər

15.04.2025 / Maraqlı məlumatlar
Astronomlar James Webb kosmik teleskopunun köməyi ilə indiyə qədər müşahidə olunmuş ən uzaq - yəni ən erkən dövrə aid olan - böyük kütləli ölü qalaktikanı kəşf ediblər. Bu kəşf göstərir ki, qalaktikalar kainatın tarixində düşündüyümüzdən daha erkən dövrdə sürətlə böyük kütlə qazana və eyni sürətlə “ölə” biliblər. Bu kəşf qalaktikaların təkamülü modelinə ciddi bir çağırışdır. Astronomlar yeni ulduzların yaranması prosesi dayanmış qalaktikaları "ölü qalaktikalar" adlandırırlar. Belə qalaktikalar həm də "ölü və qırmızı" adlanır, çünki onların tərkibində əsasən yaşlı, kiçik və qırmızı ulduzlar olur, lakin gənc və böyük kütləli mavi ulduzlar yoxdur.
 
Astronomlar indiyə qədər məlum olan ən uzaq ölü qalaktikanı aşkarlayıblar - bu qalaktika RUBIES-UDS-QG-z7 adlandırılıb. Bu qalaktikadan gələn işıq bizə 13 milyard ildən artıq müddətdə çatıb, bu isə o deməkdir ki, astronomlar onu Böyük partlayışdan cəmi 700 milyon il sonra mövcud olduğu vəziyyətdə müşahidə ediblər. Bu, indiyə qədər erkən kainatda aşkar edilmiş ilk böyük kütləli ölü qalaktikadır. Qalaktikanın mövcudluğu 13.8 milyard illik kainat tarixinin çox erkən mərhələsinə aiddir. Bu kəşf qalaktikaların və bütövlükdə kainatın təkamül modellərinə ciddi bir çağırış yaradır. Alimlərin sözlərinə görə, müşahidələr göstərib ki, bəzi qalaktikalar yeni ulduzların yaranmasını, mövcud modellərin təxmin etdiyindən çox daha əvvəl dayandırıblar.
 
Bu isə kainatın təkamül tarixinin, xüsusilə də qalaktikaların inkişafı və ulduzların formalaşması ilə bağlı proseslərin yenidən nəzərdən keçirilməsini zəruri edir. Qalaktikaların böyük kütləli hala gəlməsi üçün bir neçə milyard il tələb olunur. Eyni zamanda, onların “ölü” qalaktikaya çevrilməsi üçün də təxminən bu qədər vaxt lazım olduğu düşünülürdü. Alimlər əvvəllər belə hesab edirdilər. Bundan əvvəlki müşahidələrdə astronomlar James Webb teleskopu vasitəsilə müəyyən etmişdilər ki, ölü qalaktikalar artıq Böyük partlayışdan 1.2 milyard il sonra kainatda mövcud idi. Lakin RUBIES-UDS-QG-z7 qalaktikasının kəşfi göstərir ki, bu cür obyektlər düşündüyümüzdən çox daha əvvəl “ölməyə” başlayıblar.
Hələlik astronomlar bəzi qalaktikaların necə bu qədər qısa müddətdə böyük kütlə qazandığını və sonradan eyni dərəcədə sürətlə “öldüyünü” - yəni yeni ulduzların yaranmasını dayandırdığını izah edə bilmirlər. Astronomların sözlərinə görə, maraqlı məqam ondan ibarətdir ki, RUBIES-UDS-QG-z7 qalaktikası artıq “ölü” olduğu vaxtda, erkən kainatdakı bir çox digər qalaktikalar hələ də kütlə qazanır və inkişaf edirdilər. Alimlərin hesablamalarına görə, erkən kainatda bu cür ölü qalaktikalar çox sayda olmamalıdır, lakin gələcək müşahidələr bu barədə daha çox məlumat verə bilər. Hər bir halda, bu rekorda imza atan qalaktika alimlər üçün böyük bir sürpriz oldu və bu da o deməkdir ki, kainat hələ də açıqlanmamış saysız-hesabsız sirrlər saxlayır.
technote.az
Tweet
ELANLAR
  • 26.08.2025
    “Kibernetika və İnformatikanın Problemləri” mövzusunda 6-cı beynəlxalq konfrans (PCI 2025) keçiriləcək
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 30.06.2025
    Üstün zəkalı insanların inkişafının məhdudiyyətsizliyi, qüsurlu insanların həyata müsbət baxışları adlı seminar keçiriləcək
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi