AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Süni zəka itmiş şəxslərin tapılmasında yardımçı ola bilər

15.04.2025 / Maraqlı məlumatlar
Qlazqo Universitetinin alimləri itkin düşmüş insanların yerini proqnozlaşdırmaq üçün yeni bir metod hazırlayıblar. Bu metod real hadisələrin təhlilinə istiqamətlənmiş davranış modellərinə əsaslanır. Xüsusi süni zəka agentləri itkin düşmüş şəxslərin psixoloji reaksiyalarını imitasiya edir və mümkün axtarış zonalarının istilik xəritələrini yaradır. Nəticədə, axtarış-xilasetmə qrupları resursları daha səmərəli şəkildə bölüşdürə bilirlər. Bu texnologiyanı dronlara inteqrasiya edərək dağlardan tutmuş cəngəlliklərə və səhralara qədər müxtəlif şəraitlərdə operativ axtarışlar aparmaq mümkündür. Komanda itkin düşmüş insanların davranışları ilə bağlı tarixi məlumatları təhlil edib.
 
     
Bu araşdırmalar əsasında xüsusi süni zəka agentləri yaradılıb. Onların müxtəlif psixoloji vəziyyətləri əks etdirən alqoritmik davranışları ixtisaslaşmış submodellər toplusu ilə idarə olunur. Hər bir submodel konkret bir məqsədə cavabdehdir: Su, ağaclar, tikililər, cığırlar və ya yollar axtarmaq. Süni zəka agentləri hara getməli olduqlarına öz cari mövqelərinə və üstünlük verilən ərazinin görünüşünə əsaslanaraq qərar verirlər. Onlara qərar qəbul etməkdə kömək etmək üçün sistem itkin düşmüş insanların ən çox tapıldığı yerlər və onların sonuncu dəfə görüldükləri nöqtədən nə qədər uzaqlaşdıqları barədə məlumatlardan istifadə edir.
     
Lakin məlumatlar o qədər də çox deyil, çünki axtarış qrupları ilk növbədə insan həyatını xilas etməyə fokuslanır, məlumat toplamağa yox. Buna görə də alimlər itkin düşmüş şəxslərlə bağlı mövcud araşdırmalara müraciət etməli olublar ki, onların hərəkət qaydalarını və motivlərini anlaya bilsinlər. Təcrübə çərçivəsində tədqiqatçılar süni zəka agentlərini Şotlandiyanın qərb sahillərində yerləşən Arran adasının rəqəmsal nüsxəsində müxtəlif başlanğıc nöqtələri ilə hərəkətə buraxıblar.
Arran adasının xəritəsi - burada komanda modelini sınaqdan keçirmək üçün süni zəka agentlərini adanın rəqəmsal rekonstruksiyası üzərində müxtəlif nöqtələrdən hərəkətə buraxıb:
Nəticə gözlənilməz olub: Alınan ehtimal xəritəsi, yəni agentlərin ola biləcəkləri yerlər, adada itkin düşmüş insanların adətən tapıldığı ərazilərlə demək olar ki, üst-üstə düşüb. Bu isə onu göstərir ki, virtual agentlərin davranışı real insan davranışına bənzəyib. Texnologiyanın əsas üstünlüyü onun universallığı və müxtəlif şəraitə uyğunlaşmaq qabiliyyətidir. İtkin düşmüş insanların psixologiyasının modelləşdirilməsinə əsaslanan bu yanaşma, istər dağlar, istər cəngəlliklər, istərsə də səhralar olsun, dünyanın müxtəlif yerlərindəki axtarış-xilasetmə xidmətlərinə kömək edə bilər. Alimlər bu texnologiyanı pilotsuz uçuş aparatları ilə birləşdirməyi planlaşdırırlar.
technote.az
Tweet
ELANLAR
  • 22.06.2026
    UFAZ-da növbəti beynəlxalq konfrans (AIDT 2026) keçiriləcək
  • 23.04.2026
    İnnovativ Sintez və Funksional Materiallar üzrə Beynəlxalq Konfrans (ISFM 2026) keçiriləcək
  • 17.02.2026
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 30.01.2026
    "Beşinci sənaye inqilabına doğru - universitetlərin rolu, çağırışlar və imkanlar" mövzusunda Beynəlxalq Elmi-Praktik Konfrans keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi