Alimlər Antarktidada qəribə kalmar tapıblar

Alimlər okean sularının dərinliklərində yaşayan qeyri-adi canlını lentə ala biliblər. Heyrətamiz görüntülər 2024-cü ilin dekabrından 2025-ci ilin yanvarına qədər Mindero-UWA Deep-Sea Research Centre və Inkfish-in Antarktidada ekspedisiyası zamanı çəkilib.
Mütəxəssislərdən ibarət komandanın uzaqdan idarə olunan xüsusi maşını (ROV) 1000 metr dərinlikdə hərəkət edib. Texnika uzun, zərif əlləri olan və kabus-ruh kimi görünən ağ kalmarın (Moratoothopsis longimana) yeni növünü lentə alıb.
"Bu, dəniz dərinliyində yaşayan növ haqqında çox az şey məlumdur. Onun adı heyvanın qeyri-adi uzun əllərinə işarə edir. Çox güman ki, o, dərinlikdə deyil, okeanın orta hissəsində ov edir və nadir müşahidə olunur", - elm adamları yazıblar.
Maraqlıdır ki, təxminən eyni dərinlikdə onlar "Slosarczykovia circumantarctica" adı verilən dəniz canlısı ilə də qarşılaşıblar. Bu molyuskanın daxili orqanlarının, o cümlədən həzm sisteminin aydın görünməsinə imkan verən şəffaf toxuması var. Onun günəş işığının heç vaxt nüfuz etmədiyi okeanın qaranlıq dərinliklərində hərəkət etmək üçün mükəmməl böyük və parlaq gözləri var.