AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

OpenAI GPT-4.1 süni zəka modelini təqdim edib

16.04.2025 / Maraqlı məlumatlar
OpenAI rəsmi olaraq yeni süni zəka modeli GPT-4.1-i təqdim edib. Bu model ötən il istifadəyə verilmiş multimodal GPT-4o modelinin davamçısıdır. Şirkətin məlumatına görə, yeni süni zəka modeli daha böyük kontekst pəncərəsinə malikdir və ümumilikdə GPT-4o-nu “demək olar ki, bütün parametrlər üzrə” üstələyir. Bundan əlavə, modelin proqramlaşdırma kodu yazmaq və təlimatlara əməl etmək qabiliyyətləri də təkmilləşdirilib. GPT-4.1 artıq tərtibatçılar üçün istifadəyə verilib və onunla birlikdə daha kiçik ölçülü iki versiya da təqdim olunub - GPT-4.1 mini və GPT-4.1 nano.
 
     
OpenAI-nin sözlərinə görə, nano versiyası “ən kiçik, ən sürətli və ən ucuz” süni zəka modelidir. GPT-4.1-in bütün 3 versiyası multimodal xarakter daşıyır, yəni təkcə mətnlə deyil, həm də digər məlumat növləri ilə - məsələn, şəkillər və ya videolarla - işləyə bilir. Modelin kontekst pəncərəsinin ölçüsü 1 milyon tokenə qədər artırılıb ki, bu da GPT-4o-nun 128 000 tokenlik pəncərəsi ilə müqayisədə əhəmiyyətli dərəcədə böyükdür. Qeyd olunur ki, GPT-4.1 istifadəçi ilə qarşılıqlı əlaqə müddətində kontekst pəncərəsindəki məlumatı yüksək keyfiyyətlə işləyə bilir. OpenAI bildirib: “Biz bu modeli GPT-4o ilə müqayisədə daha etibarlı şəkildə, həm uzun, həm də qısa kontekst hissələrində diqqəti yayındıran elementləri gözardı edərək, mətnin aktual hissələrini tanımağa öyrətmişik”.
Bundan əlavə, GPT-4.1 modeli GPT-4o-dan 26% daha ucuzdur ki, bu da Çin şirkəti DeepSeek tərəfindən təqdim olunan yüksək effektivli süni zəka modelinin istifadəyə verilməsindən sonra xüsusilə vacib göstəriciyə çevrilib. GPT-4.1-in istifadəyə verilməsi OpenAI-nin 2 il əvvəlki GPT-4 modelindən imtina etməyə hazırlaşdığı dövrə təsadüf edir. Rəsmi məlumatlara görə, 30 apreldən sonra GPT-4o modeli GPT-4-ün “təbii davamçısı” olacaq. Həmçinin, OpenAI 14 iyul tarixində API vasitəsilə təqdim olunan GPT-4.5 modelinə çıxışı dayandıracaq, çünki “GPT-4.1 bir çox əsas funksiyalar baxımından daha yaxşı və ya eyni səviyyədə performans göstərir, lakin onun xərcləri və resurs istifadəsi xeyli azdır”.
technote.az
Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi