AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Qalaktikamızda Yerə bənzər 44 ədəd planet mövcud ola bilər

16.04.2025 / Maraqlı məlumatlar
Yeni machine learning modeli proqnozlaşdırıb ki, qalaktikamızdakı digər ulduz sistemlərində Yer ilə eyni xüsusiyyətlərə malik 44 planet mövcuddur. Bu isə onların yaşama üçün yararlı ola biləcəyi deməkdir. Alimlər bildirirlər ki, bu proqnozun dəqiqliyi 99% təşkil edir. Tədqiqatçılar machine learning-ə əsaslanan yeni süni zəka alqoritmi yaradıblar. Bu alqoritm Yerə bənzər planetlərin yerləşə biləcəkləri ulduz sistemlərini müəyyən edir. Yeni machine learning modeli Günəş sistemindən kənarda yaşama uyğun planetlərin axtarışında inqilabi dəyişiklik yarada bilər. Bu cür planetlər Yerlə eyni şəkildə qayalı quruluşa malikdir, ölçüləri oxşardır və həyatın mövcudluğu üçün vacib olan digər xüsusiyyətlərə sahibdirlər.
Xüsusilə, belə planetlər öz ulduzlarının yaşayış zonasında yerləşir, yəni onların səthində maye halda su mövcud ola bilər. Alimlərin fikrincə, məhz bu cür planetlərdə yerüstü həyatın izlərini aşkar etmək ehtimalı daha yüksəkdir. Süni zəka müəyyən planet tiplərini tanımaq üçün məlumatlarla öyrədilib ki, ən dəqiq proqnozları verə bilsin. Yeni machine learning modeli, Yer tipli planetlərə sahib olan ulduz sistemlərini tanımaq və təsnif etmək üçün hazırlanmış unikal yeni alqoritmə əsaslanır. Nəticədə süni zəka proqnoz verə bilib ki, Süd Yolu qalaktikamızda ən azı Yerə bənzər planetin mövcud olduğu 44 ulduz sistemi var.
Alimlər bildirirlər ki, bu proqnozun dəqiqliyi 99%-dir. Aparılmış sonrakı tədqiqatlar isə bu ulduz sistemlərində Yerə bənzər planetlərin mövcud olmasının nəzəri baxımdan mümkünlüyünü təsdiqləyiblər. Alimlər bildirirlər ki, bu, dünyada həyat üçün yararlı olan və hələlik məlum olmayan planetlərin mövcudluğunu proqnozlaşdırmağa imkan verən azsaylı mürəkkəb və dərin machine learning modellərindən biridir. Tədqiqatın müəllifləri hesab edirlər ki, yeni model Yer tipli planetlərə sahib ola biləcək ulduz sistemlərinin araşdırılması üçün tələb olunan vaxtı xeyli azaldacaq. Bu isə astronomlara teleskoplarını qalaktikamızın konkret sahələrinə yönəltməyə imkan verəcək və nəticədə potensial yaşama uyğun planetlərin aşkarlanması daha asan olacaq.
technote.az
Tweet
ELANLAR
  • 17.02.2026
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 07.11.2025
    İdarəetmə Sistemləri İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçiriləcək
  • 04.11.2025
    İdarəetmə Sistemləri İnstitutunda Elmi seminar keçiriləcək
  • 31.10.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi