AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Meta öz süni zəkasının təlimində avropalıların məluimatlarından istifadə edəcək

16.04.2025 / Maraqlı məlumatlar
Meta Platforms yaxın vaxtlarda Avropa Birliyi ölkələrindəki istifadəçilərin məlumatları əsasında öz süni zəka modellərini öyrətməyə başlayacaq. Söhbət Facebook və Instagram kimi tətbiqlərdəki açıq paylaşımlar və şərhlər, eləcə də istifadəçilərin Meta AI süni zəka botu ilə qarşılıqlı əlaqə tarixçəsindən gedir. Qeyd olunur ki, neyroşəbəkələrin öyrədilməsi üçün istifadəçilərin dostları və ailə üzvləri ilə şəxsi yazışma məlumatları istifadə olunmayacaq. Bundan əlavə, alqoritmlər yalnız yetkinlik yaşına çatmış istifadəçilərin məlumatları əsasında öyrədiləcək.
 
Meta bu həftə ərzində Avropa Birliyi sakinlərinə bu barədə bildiriş göndərməyə başlayacaq. Bildirişdə, məlumatlarının süni zəka modellərinin öyrədilməsində istifadə olunmasını istəməyənlər üçün imtina formasına da yer veriləcək. Qeyd edək ki, Meta ötən il Avropa Birliyi istifadəçilərinin məlumatlarını öyrətmə prosesində istifadə etməyi planlaşdırırdı, lakin bu proses bölgədə fəaliyyət göstərən tənzimləyici qurumun tələbi ilə dayandırılmışdı. Şirkət bildirir ki, Avropa Birliyi istifadəçilərinin məlumatları əsasında öyrədilən süni zəka modelləri regional xüsusiyyətləri daha yaxşı nəzərə ala biləcək.
Bu isə xüsusilə yalnız mətn deyil, həm də şəkil və video yarada bilən multimodal neyroşəbəkələrin kontent generasiyası üçün vacib sayılır. Ötən il Meta Böyük Britaniya istifadəçilərinin məlumatları ilə də neyroşəbəkələrini öyrətməyi planlaşdırdığını açıqlamışdı. Lakin şirkətin əvvəlki qədər geniş həcmdə məlumat əldə edə bilməsi çətin görünür. Səbəb isə budur ki, ötən il Meta 2007-ci ildən bəri Facebook istifadəçiləri tərəfindən açıq şəkildə paylaşılmış bütün mətn postları və fotoların süni intellektin öyrədilməsi üçün istifadə edildiyini etiraf etmişdi.
technote.az
Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi