AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Günəş küləyi Ayda suyun formalaşmasına təkan verir

17.04.2025 / Maraqlı məlumatlar
1960-cı illərin ortalarından bəri Günəşin Ayda suyun yaranması üçün lazım olan komponentlərin mənbəyi ola biləcəyi ilə bağlı bir nəzəriyyə mövcuddur. İndi isə NASA alimləri apardıqları təcrübə zamanı sübut ediblər ki, Günəş küləyi Ayın torpağında birbaşa su yarada bilər. Alimlər bu günə qədər Günəş küləyinin Ay üzərindəki təsirini ən real şəkildə simulyasiya edən təcrübəni həyata keçiriblər. Təcrübə üçün onlar Günəş küləyini, vakuum şəraitini və molekul detektorunu ehtiva edən xüsusi kamera hazırlayıblar. Bundan əlavə, alimlər 1972-ci ildə astronavtlar tərəfindən Yerə gətirilmiş, Ayın daş və tozdan ibarət olan orijinal torpağı - reqolitdən istifadə ediblər.
Təcrübənin nəticəsində NASA tədqiqatçıları uzun müddətdir mövcud olan nəzəriyyəni təsdiqləyiblər: Günəş küləyi Ayda suyun yaranmasına kömək edir. Günəş daim Günəş küləyi adlanan hissəcik axınları buraxır. Bu axın əsasən hidrogen atomlarının elektronları olmayan nüvələrindən ibarət olan protonlardan təşkil olunur. Günəş hissəcikləri bütün Günəş sisteminə yayılır, lakin Yer bu hissəciklərdən maqnit sahəsi və atmosferi sayəsində qorunur. Ayda isə nə maqnit sahəsi, nə də atmosfer var. Buna görə də Günəş küləyinin hissəcikləri Ayın səthini davamlı şəkildə bombalayır. Alimlər əvvəlcə Ay reqoliti - yəni Ay torpağındakı bütün nəmişlik izlərini aradan qaldırıblar və onu hissəcik sürətləndiricisi vasitəsilə Günəş küləyinin simulyasiyasına məruz qoyublar.
Beləliklə, onlar bir neçə gün ərzində Ay səthində Günəş küləyinin 80 000 il ərzində yaratdığı təsiri təqlid etməyə nail olublar. Təcrübə göstərib ki, Günəş küləyinin protonları Ay reqoliti ilə toqquşduqda, oradakı elektronlarla qarşılıqlı təsirə girərək hidrogen atomları əmələ gətirir. Daha sonra bu hidrogen atomları minerallarda, məsələn, silisium kimi tərkibli qayalarda olan oksigen atomları ilə birləşərək hidroksil (OH) və su (H2O) əmələ gətirirlər. Tədqiqatçılar Ay reqolitinin kimyəvi tərkibində zamanla baş verən dəyişiklikləri izləmək üçün spektrometrdən istifadə ediblər. Onlar infraqırmızı işığın udulmasında enmə müşahidə ediblər ki, bu da suyun mövcudluğuna işarə edən əlamətlərdən biridir.
Alimlər tam olaraq təmiz suyun əmələ gəlib-gəlmədiyini təsdiqləyə bilməsələr də, əldə olunan məlumatlar həm hidroksil molekullarının, həm də su molekullarının yaranmasına dair inandırıcı sübutlar təqdim edir. Təcrübənin nəticələri kosmik aparatların müşahidələri ilə üst-üstə düşür. Həmin müşahidələr göstərir ki, su Günəş küləyi vasitəsilə yarana bilər və bu, su ilə əlaqəli spektral siqnalın dəyişməsi ilə müşahidə olunur. Alimlər hesab edirlər ki, Günəş bu gün də Ayda suyun yaranmasına töhfə verməyə davam edir. Su ehtiva edən meteoritlərin zərbələri də Ayda suyun mövcudluğuna təsir edə bilər, lakin alimlər əsas mənbənin məhz Günəş olduğunu düşünürlər. Ayda su donmuş vəziyyətdədir, lakin bu buzu əridərək içməli su, nəfəs almaq üçün oksigen və raket yanacağı hazırlamaq mümkündür. Bu isə insanlara Ayın fəal şəkildə mənimsənilməsinə başlamaq imkanı verə bilər.
technote.az
Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi