AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Yerdə su kosmos deyil, daxili mənbə hesabına formalaşmış ola bilər

17.04.2025 / Maraqlı məlumatlar
Ümumi qəbul olunmuş fikrə görə, su və onun tərkib hissələri Yerə gənc dövründə planetə çırpılan asteroidlərlə birlikdə gəlib. Lakin bir qrup tədqiqatçı suyun bütün əsas tərkib hissələrinin Yer üzərində əvvəldən mövcud olduğuna dair sübutlar tapıb. Yerdə ilk dəfə hidrogenin nə vaxt və harada meydana gəldiyini müəyyən etmək, planetdə həyatın necə yarandığını anlamaq üçün açar rolunu oynayır. Hidrogen olmasaydı, su olmazdı, su olmasaydı, həyat da olmazdı. Tədqiqatçılar araşdırmalarında tərkibində hidrogen olan bir meteoritə müraciət ediblər ki, Yer suyunun H2O tərkibindəki H2 elementinin mənbəyini anlasınlar.
Söhbət kifayət qədər nadir olan və enstatit xondrit adlanan meteorit növündən gedir. Bu meteoritlər 4.5 milyard il əvvəl, Yer kürəsinin ilkin formalaşma dövründə yaranıb. Məntiq bundan ibarətdir: Əgər erkən Yer kürəsinin tərkibinə bənzəyən bu material özündə hidrogen birləşdirə bilibsə, deməli, gənc Yer də bu elementi daşıya bilərdi. Oksford Universitetindən olan komandanın mühüm kəşfi ondan ibarət olub ki, meteoritdəki hidrogen oraya sonradan çirklənmə nəticəsində daxil olmayıb, əvvəlcədən mövcud olub. Bu, Yer kürəsinin formalaşdığı materialın əvvəl düşünüldüyündən daha çox hidrogenlə zəngin olduğunu göstərir.
Tədqiqat çərçivəsində, Antarktidada tapılmış bu meteorit güclü rentgen şüaları ilə - sinxrotron qurğusunun köməyi ilə - işıqlandırılıb. Sinxrotron, həm canlı, həm də cansız nümunələrin kimyəvi strukturunun araşdırılması üçün tez-tez istifadə olunur. Komanda əvvəlcə hesab edirdi ki, meteoritdəki istənilən hidrogen kükürd molekulları ilə əlaqəli olacaq. Lakin onların böyük təəccübünə səbəb olan nəticə o oldu ki, onlar hidrogenin ən çox olmalı olduğunu güman etdikləri sahələrin arxasında zəngin kükürd-hidrogen (H2S) bölgələri aşkar etdilər. Ən yüksək hidrogen konsentrasiyası isə kristal quruluşun daxilində “qapanmış” vəziyyətdə idi.
Müqayisə üçün qeyd edək ki, meteoritin çatlar və ya pas izləri olan sahələrində (yəni Yer mənşəli çirklənmənin əlamətləri olan yerlərdə) çox az miqdarda və ya ümumiyyətlə hidrogen olmayıb. Bu iki kəşf birlikdə onu göstərir ki, hidrogen meteoritin tərkibində əvvəldən mövcud olub və sonradan çirklənmə nəticəsində yaranmayıb. “O qədər həyəcanlandıq ki, analiz bizə nümunədə kükürd-hidrogenin olduğunu göstərdi, amma biz onun tam fərqli yerdə olacağını gözləyirdik! Bu kükürd-hidrogenin Yer mənşəli çirklənmədən yaranma ehtimalı olduqca azdır. Ona görə də bu tədqiqat Yer üzündəki suyun təbii mənşəli olması nəzəriyyəsini dəstəkləyən vacib sübutlar təqdim edir - yəni bu, planetimizin tərkibindən qaynaqlanan təbii nəticədir” - deyə Oksford Universitetindən məqalə müəllifi Tom Barrett bildirib.
Proto-Yer (planetimizin formalaşma dövrünün erkən mərhələsi) enstatit xondritlərinə bənzər materialdan ibarət olduğuna görə, planet kifayət qədər böyük ölçüyə çataraq asteroid zərbələrinə məruz qaldığı vaxtadək artıq kifayət qədər hidrogen toplamışdı ki, bu da Yer üzündə bu gün mövcud olan suyun mənşəyini izah edə bilər. Bu araşdırmanın nəticələri Yer üzündəki suyun ilkin mənbəyi ilə bağlı mübahisələrə son qoymasa da, suyun xarici deyil, daxili mənbədən gəlməsi ehtimalını gücləndirə bilər.
technote.az
Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi