AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Britaniyanın Aberdin Universitetində ölkəmizlə bağlı tədbir keçirilib

17.04.2025 / Maraqlı məlumatlar

Böyük Britaniyanın Aberdin Universitetində fəaliyyət göstərən Azərbaycan Cəmiyyəti və BA Mədəniyyət Mərkəzinin dəstəyi ilə “Gələcəyi idarə etmək: Azərbaycanda enerji keçidinin hədəfləri, texnoloji yeniliklər və çağırışlar” mövzusunda tədbir təşkil edilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, BA Mədəniyyət Mərkəzinin təsisçisi Billurə Bayramova-Bernardın sözlərinə görə, tədbirin keçirilməsində məqsəd Azərbaycanın enerji keçidi strategiyası çərçivəsində aktual mövzuların, xüsusilə də bərpaolunan enerji, dekarbonizasiya və texnoloji innovasiyaların akademik və sənaye mütəxəssisləri tərəfindən geniş müzakirəsini təmin etmək olub.

Tədbiri universitetin Azərbaycan Cəmiyyətinin prezidenti İbrahim Xasıyev açaraq ölkənin və ümumilikdə regionun enerji gələcəyi ilə bağlı yeni yanaşmalar və baxışların paylaşılmasına zəmin yaradıb.

Panel müzakirələrində Aberdin Universitetinin tədqiqatçısı Alfonso Martinez Felipe, tanınmış enerji eksperti professor Alexander Kemp, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə və enerji sektorundakı şirkətin nümayəndəsi Fərizə Əliyeva çıxış ediblər. Məruzələrdə hidrogen texnologiyalarının enerji sistemindəki rolu, dekarbonizasiya strategiyaları, Aberdin şəhərinin öz enerji keçidi təcrübəsi və Azərbaycanda bu sahədə tətbiq edilə biləcək innovativ həllər müzakirə olunub.

Tədbirdə, həmçinin enerji keçidinin uzunmüddətli təsirləri, bərpaolunan enerji mənbələrinin genişləndirilməsi və texnoloji yeniliklərin sektorun inkişafına təsiri xüsusi vurğulanıb. Müzakirələrdən sonra iştirakçılar arasında sual-cavab və fikir mübadiləsi baş tutub. Qısa fasilə zamanı tələbələr, akademiklər və sənaye nümayəndələri arasında şəbəkələşmə imkanları da yaradılıb.

“Azərbaycan üçün təmiz enerjiyə keçid həm bir çağırış, həm də böyük fürsətdir. Əgər Azərbaycan bu sahədə qlobal təcrübədən yararlanarsa və texnologiyaya investisiya qoyarsa, regionun enerji keçidində lider ölkələrindən birinə çevrilə bilər”, - deyə Alfonso Martinez-Felipe qeyd edib.

Tədbir çərçivəsində beynəlxalq əməkdaşlığın və elmi bilik mübadiləsinin enerji keçidinin səmərəli reallaşmasında mühüm rol oynadığı qeyd olunub və Aberdin Universitetinin qlobal davamlılıq məsələləri ilə bağlı dialoqun təşviqinə sadiqliyi vurğulanıb.

muallim.edu.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi