AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Antivirus proqramları zərərli faylları necə aşkar edir?

21.04.2025 / Maraqlı məlumatlar

Rəqəmsal təhlükəsizlik bu günlərdə həyatımız üçün vazkeçilməz əhəmiyyət daşıyır. Kompüterlər, smartfonlar və planşetlər gündəlik fəaliyyətlərimizin mərkəzinə çevrilib. Bu isə həm fərdi, həm də korporativ istifadəçilər üçün təhlükəsizlik risklərini artırır. Sadə bir diqqətsizlik nəticəsində şəxsi məlumatlarımız

 

kibercinayətkarların əlinə keçə bilər. Bu təhlükələrə qarşı ən effektiv vasitələrdən biri antivirus proqramlarıdır. Bəs bu proqramlar zərərli faylları necə tanıyır?

 

Əsasən bütün antivirus proqramları eyni prinsiplə işləyir cihazda mövcud olan və ya yenicə daxil edilən faylları təhlil edir və onların zərərli olub-olmadığını müəyyənləşdirir. Bunun üçün isə müxtəlif texnikalardan istifadə olunur. Ən müasir antivirus proqramları bəzi üsullarla zərərli proqramları aşkar edir.

 

İmza əsaslı aşkarlama

Analiz aşkarlama

Davranış əsaslı aşkarlama

Bulud əsaslı aşkarlama

Faylsız aşkarlama

 

İmza əsaslı aşkarlama - Bu metod antivirus proqramlarının ənənəvi və ən geniş yayılmış aşkarlama üsuludur. Burada "imza” dedikdə, daha əvvəl tanınmış zərərli proqramların kod parçaları nəzərdə tutulur. Antivirus proqramı analiz etdiyi fayllardakı kodları virus imzaları ilə müqayisə edir. Əgər oxşarlıq aşkar olunarsa, həmin fayl zərərli kimi tanınaraq karantinə alınır.

 

Analiz aşkarlama - Bu üsul daha mürəkkəbdir və proqramın davranışlarını "öncədən hiss etməyə" əsaslanır. Faylın strukturu, əmrləri və əlavə kodlar təhlil edilir. Əgər sistemdə normaldan kənar fəaliyyətlər müşahidə olunarsa, fayl potensial təhlükəli kimi qiymətləndirilir. Bu üsul daha çox əvvəllər tanınmamış virusların aşkarlanmasında effektivdir.

 

Davranış əsaslı aşkarlama - Bu metod faylların konkret fəaliyyətlərini müşahidə edir. Məsələn, əgər bir proqram faylları şifrələyir, sistem fayllarını dəyişdirir və ya klaviatura əmrlərini izləyirsə, bu proqramın zərərli olması ehtimalı yüksəkdir. Bu yanaşma xüsusilə "ransomware” tipli yeni və aqressiv zərərli proqramların qarşısını almaqda əhəmiyyətlidir.

 

Bulud əsaslı aşkarlama - İnternetin geniş vüsət alması ilə antivirus proqramları bulud texnologiyasını da tətbiq etməyə başlayıb. Bu texnika ilə bütün istifadəçilərin cihazları bir məlumat mənbəyinə çevrilir və ortaq bir verilənlər bazasında məlumat mübadiləsi aparılır. Şübhəli fayllar real vaxt rejimində bu məlumat bazası ilə müqayisə olunur və təhlükəli olub-olmadığı müəyyən edilir.

 

Faylsız aşkarlama - Son dövrlərdə daha da aktuallaşan bu texnika fayl səviyyəsində deyil, sistem daxilində icra olunan əmrləri (məsələn, PowerShell skriptləri) təhlil edir. Xüsusilə administrator səlahiyyətlərindən sui-istifadə edən zərərli proqramların aşkarlanması üçün önəmlidir.

 

Çoxsaylı texnikaların birlikdə istifadəsi - Günümüzdə antivirus proqramları adətən tək bir aşkarlama texnikası ilə kifayətlənmir. Çünki kibercinayətkarlar artıq öncədən məlum olmayan boşluqlardan istifadə edərək daha çevik hücumlar həyata keçirirlər. Bu səbəbdən antivirus proqramları çoxsəviyyəli və kombinə olunmuş yanaşmalarla işləməyə üstünlük verirlər.

 

Məlumatlarınızın təhlükəsizliyi üçün düzgün antivirus proqramı seçmək hər zamankindən daha önəmlidir.

qaynarinfo.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi