AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Gənc mühəndislər sadə dronla böyük uğura imza atdı: 4,3 milyon dollarlıq investisiya topladılar

21.04.2025 / Maraqlı məlumatlar

2024-cü ilin 18 fevralında Ian Laffey adlı gənc mühəndis X platformasında paylaşdığı postla texnologiya dünyasının diqqətini çəkdi. O, yeni tanış olduğu Sacha Lévy və Carl Schoeller ilə birlikdə bir hackathon zamanı ucuz başa gələn və yalnız kamerası ilə Google Maps istifadə edərək koordinat təyin edə bilən bir dron hazırladıqlarını bildirdi.

Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, mühəndislərin hazırladığı bu texnologiya, xüsusilə Ukraynada dronların GPS siqnalının qarışdırılması probleminə qarşı effektiv bir həll kimi dəyərləndirildi. Hazırda GPS siqnalları bloklandığı üçün dron operatorları yüksək texnologiyalı eynəklərlə görmə əsasında idarəetməyə məcbur qalır ki, bu da xüsusilə dumanlı və gecə şəraitində ciddi problemlərə səbəb olur.

Hackathon-un sonunda yolları ayrılan komanda üzvləri bir gün sonra Y Combinator startap sürətləndirici proqramına müraciət etməyə qərar verdilər və 2024-cü ilin yaz proqramına qəbul edildilər.

Hazırda onların San-Fransiskoda fəaliyyət göstərən startapı — Theseus, First Round Capital-ın rəhbərliyi ilə keçirilən ilkin investisiya mərhələsində 4,3 milyon dollar vəsait toplayıb. Layihəyə əlavə olaraq Y Combinator və Lux Capital da maliyyə dəstəyi verib. Şirkət bu uğurunu eksklüziv olaraq TechCrunch-a açıqlayıb.

crossmedia.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi