AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

ChatGPT-də “yaddaş”dan istifadə etməklə fərdiləşdirilmiş internet axtarışı funksiyası istifadəyə verilib

22.04.2025 / Maraqlı məlumatlar
OpenAI şirkəti ChatGPT-də “yaddaş”dan istifadə etməklə fərdiləşdirilmiş internet axtarışı funksiyasını təqdim edib. Memory with Search adlanan bu yenilik o3 və o4-mini modelləri ilə birlikdə təqdim olunub və artıq ChatGPT-də əlçatandır. Bu funksiya süni zəkanın istifadəçinin əvvəlki sorğularından əldə etdiyi məlumatları nəzərə alaraq daha dəqiq və faydalı veb-axtarış aparmasına imkan verir. OpenAI-nin rəsmi yardım mərkəzində yayımlanmış məlumata görə, yeni funksiya istifadəçi üstünlüklərini yadda saxlamaq bacarığı ilə Bing və ya digər axtarış sistemləri üzərindən işləyən onlayn axtarış funksiyasını özündə birləşdirir.
İndi ChatGPT əvvəlcədən təqdim olunmuş sevimli yeməklər, ünsiyyət tərzi və digər maraqlar kimi məlumatları nəzərə alaraq axtarış nəticələrini istifadəçinin zövqünə uyğun şəkildə fərdiləşdirə bilir. Məsələn, əgər bir istifadəçi ChatGPT ilə tez-tez yapon mətbəxini müzakirə edibsə, bot bu məlumatdan istifadə edərək restoranlar, reseptlər və ya mədəniyyətlə bağlı məlumatları axtararkən daha uyğun nəticələr təqdim edə bilər. Xatırladaq ki, ChatGPT-də yaddaş funksiyası hələ 2024-cü ilin əvvəlində təqdim olunmuşdu, lakin bu vaxta qədər internetdə məlumat axtarışı zamanı istifadə olunmurdu. TechCrunch nəşrinin qeyd etdiyi kimi, Memory with Search funksiyası OpenAI-nin ChatGPT-ni rəqib çat-botlardan, məsələn, Anthropic şirkətinin Claude və Google-un Gemini modellərindən fərqləndirməyə yönəlmiş davamlı səylərinin bir hissəsidir.
Qeyd edək ki, Gemini də yaddaş funksiyası təklif edir. Vacib məqamlardan biri odur ki, istifadəçilər ChatGPT-nin “yaddaş” funksiyasını özləri idarə edə bilirlər - onu baxışdan keçirə, silə və ya tamamilə deaktiv edə bilərlər. OpenAI bildirib ki, məxfilik məsələləri şirkət üçün prioritet olaraq qalır: Məlumatlar yalnız konkret istifadəçi ilə qarşılıqlı əlaqəni yaxşılaşdırmaq məqsədilə istifadə olunur və üçüncü şəxslərə ötürülmür. Hazırda bu funksiya məhdud sayda istifadəçiyə əlçatandır, lakin OpenAI yaxın həftələrdə onun geniş istifadəyə veriləcəyini vəd edir. Əvvəlki kimi, bu funksiya yalnız Plus abunəliyi olan ChatGPT versiyasında, GPT-4 Turbo modeli ilə işləyəcək.
technote.az
Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi