AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Çin Yer ilə Ay arasında ilk peyk əsaslı rabitə və naviqasiya sistemini yaradıb

22.04.2025 / Maraqlı məlumatlar
Çin Yer və Ayın ətrafındakı uzaq orbitə qədər olan məkanda naviqasiya və rabitə peyk şəbəkəsinin yerləşdirilməsini başa çatdırıb. Bu o deməkdir ki, Yer və Ay ətrafındakı geniş məkanda kosmik aparatların təhlükəsiz və dəqiq hərəkəti təmin oluna bilər, həmçinin Ay səthində naviqasiya mümkün olacaq. Bu imkan Ayın və Marsın kolonizasiyası istiqamətində ilk praktik addımlar üçün yol açır və bunun əhəmiyyətini qiymətləndirmək çətindir. Cislunar-ın - Yerlə Ay arasında yerləşən və onların orbitlərini əhatə edən məkan - qarşıdakı onilliklərdə Günəş sisteminin ən aktiv bölgəsinə çevriləcəyi gözlənilir.
Bu məkanda həm mülki, həm də hərbi əməliyyatlar üçün yeni raket mühərrikləri hazırlanır. Bu mühərriklər orbitlərin sürətlə dəyişdirilməsinə və yanacaq ehtiyatlarından asılı olmayaraq uzunmüddətli və sürətlənmiş hərəkətə imkan verməlidir. Eyni zamanda, bu məkan üçün xüsusi rabitə və naviqasiya sistemi də qurulur. Mühərriklər sahəsində hələ çətinliklər qalsa da, naviqasiya və rabitə sistemləri artıq işlək vəziyyətdədir, hərçənd ki, hələlik məhdud rejimdə. Çinin “cislunar” naviqasiya və rabitə peyk şəbəkəsi 3 peykə əsaslanır: DRO-L, DRO-B və DRO-A. DRO abbreviaturası “Ay ətrafında uzaq retroqrad orbit” mənasını verir - bu orbitlərdə peyklər yanacağa qənaətlə hərəkət edə bilirlər.
     
DRO-B və DRO-A peykləri Yerdən 310-450 min km məsafəyə qədər uzaqlaşdırılıb. DRO-L isə 500 km hündürlükdə Yerə yaxın qütb orbitinə yerləşdirilib. Bu 3 peyk bir üçbucaq forması yaradaraq, üzərlərindəki atom saatları və ötürdükləri siqnallar vasitəsilə geniş məkanda naviqasiyanın həyata keçirilməsinə imkan verir. Qeyd olunmalıdır ki, DRO-B və DRO-A peyklərinin kosmosa buraxılması qəza ilə müşayiət olunub. Chang Zheng 2C raketinin sürətləndirici pilləsi sıradan çıxıb və peykləri nəzərdə tutulan trayektoriyaya çatdıra bilməyib. Bundan əlavə, ayrıldıqdan sonra hər iki peyk nəzarətsiz şəkildə saniyədə 1.8 dövr tezliyi ilə fırlanmağa başlayıb.
 
Sentrifuqal qüvvə günəş panellərini dağıtmaq həddinə çatıb, onları ağlasığmaz bucaqlara qədər əymişdi. Çinli mütəxəssislərin peşəkarlığını göstərən məqamlardan biri odur ki, onlar ilk sutka ərzində peyklərin uçuşunu sabitləşdirməyə nail olublar. Hər iki aparat orbit düzəliş mühərrikləri vasitəsilə öz hədəf orbitlərinə çatdırılıb. Yanacağa qənaət etmək üçün mühərriklərin hər işə salınması Ayın cazibə impulsu nəzərə alınmaqla hesablanıb. 2024-cü ilin martında buraxılmış peyklər 5 ay müddətində təyinat nöqtəsinə çataraq avqustun sonuna qədər öz yerlərinə yerləşdiriliblər.
     
Bu yaxınlarda Çin mediası bildirib ki, Ayətrafı məkan üçün nəzərdə tutulmuş rabitə və naviqasiya sistemi fəaliyyətə başlayıb. Artıq dəqiq naviqasiya üçün peyklərin bir-biri ilə 2 saatlıq siqnal mübadiləsi kifayət edir, halbuki əvvəllər bu proses Yerdəki müşahidəçilərin iştirakı ilə 2 gün çəkirdi. Şəbəkənin yaradıcıları bildiriblər: “Əvvəllər biz ulduzlara çatmaq istədiyimizi deyirdik. İndi isə faktiki olaraq uzaq kosmosa bir liman inşa edirik. Bu 3 peykdən ibarət şəbəkə Ayətrafı məkanda bir ‘mayak’ kimi fəaliyyət göstərir - o, gələcək Ay bazaları üçün istinad nöqtəsi ola, hətta Mars missiyaları üçün məlumat ötürmə kanalı kimi də xidmət edə bilər”.
technote.az
Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi