
İSİ-nin əməkdaşı ABŞ-da Beynəlxalq Konfransda iştirak etdi
15.03.2019 / Xəbərlər
14-15 Mart 2019-cu il ABŞ-ın San-Fransisko şəhərində “Future of Information and Communication” (FICC) 2019 adlı Beynəlxalq Konfrans keçirildi.
FICC 2019 informasiya və kommunikasiyanın gələcəyini formalaşdırmaq üçün həm akademiya, həm də sənaye tədqiqatçılarına son tədqiqat nailiyyətlərini bölüşmək və bilik mübadiləsi məqsədilə bir forum təqdim etməyi hədəfləyir.
Konfransda AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun baş elmi işçisi, texnika elmləri doktoru, professor Ramin Rzayev “Two Approaches to Country Risk Evaluation” mövzusunda çıxış etdi.


