AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Yeni tədqiqat Yerdəki suyun mənşəyinə dair mövcud nəzəriyyəni təkzib edir

20.04.2025 / Maraqlı məlumatlar

Oksford Universitetində aparılan yeni tədqiqat Yerdəki suyun mənşəyi ilə bağlı dominant elmi nəzəriyyəyə ciddi şübhələr doğurub. “Icarus” jurnalında dərc olunan araşdırma seysmik əhəmiyyətə malik nəticələrlə Yerin formalaşdığı ilkin materialın əvvəl ehtimal ediləndən daha yüksək miqdarda hidrogen ehtiva etdiyini ortaya qoyur. Tapıntılar Yerdəki suyun əsasən, asteroidlərin toqquşması nəticəsində əmələ gəldiyi fikrini zəiflədərək suyun mənşəyinin birbaşa planetimizin yaranma mərhələsinə gedib çıxdığını göstərir.

“Science Daily” xəbər verir ki, tədqiqat qrupu erkən Yerə analoq kimi qəbul edilən nadir meteoritin kimyəvi analizini aparıb. Antarktidadan toplanmış LAR 12252 meteoritindən istifadə olunaraq sinxrotron əsaslı rentgen spektroskopiyası vasitəsilə materialın elementar tərkibi və kimyəvi vəziyyəti araşdırılıb. Əvvəlki tədqiqatlar meteoritlərdə hidrogenin mövcudluğunu çirklənmənin nəticəsi ola biləcəyini irəli sürsə də, yeni araşdırmada Oksford alimləri hidrogenin əsasən meteoritin matris hissəsində kristal olmayan zonada yerləşdiyini aşkar ediblər. Bu hissədə meteoritin hidrogen sulfidlə zəngin olması və yerüstü çirklənmə əlamətləri göstərməməsi onun kosmik mənşəli olduğunu təsdiqləyir.

Analiz nəticələri göstərib ki, matrisdəki hidrogen miqdarı beş dəfə yüksəkdir. Əksinə, meteoritin səthindəki çatlarda və oksidləşmiş hissələrdə hidrogenin miqdarı ya çox az olub, ya da ümumiyyətlə, qeydə alınmayıb. Bu isə hidrogenin yer mənşəli çirklənmədən deyil, ilkin formalaşma mərhələsindən qaynaqlandığını təsdiqləyir.

Tədqiqatın aparıcı müəllifi, Oksford Universitetinin doktorantı Tom Barrett qeyd edir: “Nümunədə hidrogen sulfidin aşkar olunması bizi çox həyəcanlandırdı — xüsusilə də bunu gözləmədiyimiz bir yerdə tapdıq. Bu maddənin yerüstü çirklənmədən yaranma ehtimalı olduqca azdır və bu, planetimizdəki suyun əslində onun inşa materialından törədiyini göstərən güclü dəlildir”.

Tədqiqatın həmmüəllifi, dosent Ceyms Brison isə əlavə edib: “Bu tapıntılar Yer planetinin formalaşması və onun indiki şəraitə necə gəlib çatması ilə bağlı suallara mühüm cavablar verir. Görünür ki, Yerin ilkin komponentləri (enstatit xondritləri kimi) əvvəlki düşüncələrimizə nisbətən xeyli daha çox hidrogen ehtiva edirdi. Bu isə sonradan baş verən asteroid toqquşmalarından asılı olmayaraq Yerin suya sahib olmasını mümkün edib”.

Araşdırma Yer kürəsində həyatın yaranması üçün əsas rol oynayan suyun mənşəyi ilə bağlı elmi yanaşmalara yenidən baxılmasını tələb edir. Suyun planetin formalaşmasından dərhal sonra mövcud olması ehtimalı onun xarici mənbədən gətirilməsinə nisbətən daha əsaslı görünür. Bu isə planetar formalaşma modelləri və astrobioloji tədqiqatlar üçün yeni istiqamətlər açır.

azertag.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi