
Nazir: Türkiyə 11 peyk istehsalçısı ölkədən biridir
21.04.2025 / Maraqlı məlumatlar
Türkiyə “Türksat 6A” ilə 11 peyk istehsalçısı ölkədən biri oldu. Bu, ilk növbədə, Türkiyəyə mülki, eləcə də hərbi rabitə sahəsində yüz faiz təhlükəsizlik təmin edəcək, eyni zamanda, daha keyfiyyətli televiziya yayımlarını həyata keçirməyə imkan yaradacaq.
Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.
Nazir “Türksat 6A”nın Türkiyəyə 25 il xidmət edəcəyini deyib.


