AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Xüsusi implant vasitəsilə beyin dalğalarını təbii nitqə çevirmək mümkün olacaq

23.04.2025 / Mühüm xəbərlər
Xeyli sayda insan xəstəliklər nəticəsində nitq qabiliyyətini itirir, baxmayaraq ki, onların idrak funksiyaları toxunulmaz qalır. Buna görə də süni zəka sahəsindəki irəliləyişlər fonunda bir çox tədqiqatçılar beynə implantasiya edilən çiplərlə neyron şəbəkələrin birləşməsi yolu ilə təbii nitqin sintezinə fokuslanıblar. Əgər bu texnologiya uğurlu alınsa, beyin iflici və ya autizm kimi vəziyyətlər səbəbindən səslənmədə çətinlik çəkən insanlara kömək məqsədilə daha geniş şəkildə tətbiq oluna bilər. Uzun müddət ərzində əsas investisiyalar və alimlərin diqqəti, ağır əlilliyi olan şəxslərə klaviatura istifadə etməyə, robotlaşdırılmış qolları idarə etməyə və ya iflic olmuş bədən hissələrindən qismən istifadəni bərpa etməyə imkan verən implantlara yönəlmişdi.
     Eyni zamanda, bir çox tədqiqatçılar düşüncə modellərini danışığa çevirən vokalizasiya texnologiyalarının hazırlanmasına da fokuslanıblar. “Biz böyük irəliləyişə nail oluruq. Səsin beyindən süni səsə ötürülməsini iki danışan insan arasında olan söhbət qədər axıcı etmək bizim əsas məqsədimizdir” - deyə Kaliforniya Universitetinin neyrocərrahı Edward Chang bildirib. “İstifadə etdiyimiz süni zəka alqoritmləri getdikcə sürətlənir və biz hər yeni iştirakçı ilə birlikdə daha çox şey öyrənirik”. 2025-ci ilin mart ayında Chang və həmkarları Nature Neuroscience jurnalında bir məqalə dərc ediblər. Orada 18 il əvvəl insult keçirdikdən sonra danışa bilməyən iflic olmuş bir qadınla apardıqları iş təsvir olunub. Alimlərin köməyi ilə qadın, 1024 fərqli sözdən ibarət cümlələri səssiz şəkildə tələffüz etməyə çalışaraq neyron şəbəkəni öyrədib.
     Daha sonra onun səsinin səslənməsi, neyron məlumatlarının birbaşa nitq sintezi və mətn deşifrə modelinə ötürülməsi ilə həyata keçirilib. Bu texnologiya xəstənin beyin siqnalları ilə alınan səs arasındakı gecikməni ilkin 8 saniyədən 1 saniyəyə qədər azaltmağa imkan verib. Bu nəticə artıq adi danışıq üçün təbii sayılan 100-200 millisaniyəlik zaman intervalı ilə müqayisə edilə bilər. Sistemin median deşifrə sürəti dəqiqədə 47.5 sözə çatıb ki, bu da təxminən adi söhbət sürətinin üçdə birinə bərabərdir. Oxşar araşdırmalar Precision Neuroscience şirkəti tərəfindən də aparılıb. Şirkətin baş direktoru Michael Mager bildirib ki, onların yanaşması “elektrodların daha sıx yerləşdirilməsi” sayəsində beyin siqnallarını daha yüksək dəqiqliklə tutmağa imkan verir.
     Hazırda Precision Neuroscience 31 pasient üzərində uğurlu təcrübələr aparıb və hətta tənzimləyici qurumlardan sensorlarını bədəndə 30 günə qədər implantasiya olunmuş vəziyyətdə saxlamaq üçün icazə də alıb. Mager iddia edir ki, bu, 1 il ərzində neyron şəbəkəni “Yer üzərində mövcud olan ən böyük və yüksək dəqiqlikli neyron məlumat bazası” üzərində öyrətməyə imkan verəcək. Mager-in sözlərinə görə, növbəti addım “komponentlərin miniatür halına gətirilməsi və onların bədənə daimi yerləşdirilə bilməsi üçün hermetik, biouyğun kapsullara yerləşdirilməsi” olacaq.
     “Beyin-səs” texnologiyasının hazırlanması və istifadəsində ən ciddi maneə, pasientlərin bu sistemdən istifadə etməyi öyrənməsi üçün tələb olunan vaxtdır. Əsas cavabsız suallardan biri isə, fərqli insanlarda beyin qabığının hərəkətə cavab verən (motor) bölgəsində - yəni könüllü hərəkətləri, o cümlədən danışığı idarə edən sahədə - cavab nümunələrinin nə dərəcədə fərqli olduğudur. Əgər bu nümunələr oxşar olsa, əvvəlcədən öyrədilmiş modellər yeni pasientlər üçün də istifadə edilə bilər. Bu da fərdi öyrədilmə prosesini - hansı ki, onlarla, hətta yüzlərlə saat çəkə bilər - xeyli sürətləndirər.
     Vokalizasiya sahəsində çalışan bütün tədqiqatçılar “daxili düşüncələrin deşifrə olunmasının” - yəni insanın səsləndirmək istəmədiyi fikirlərin açıqlanmasının - yolverilməzliyi mövzusunda həmfikirdirlər. Alimlərdən biri bildirib: “Çoxlu fikirlər var ki, onları ucadan demirəm, çünki ya özümə zərər verə bilər, ya da başqalarına ziyan toxundura bilər”. Hazırda alimlər, orta statistik insanın adi danışığı ilə müqayisə oluna biləcək səviyyədə vokalizasiyadan hələ uzaqdırlar. Dekodlaşdırma dəqiqliyi 98%-dək artırılsa da, səsin çıxışı ani baş vermir və nitqin ton və əhval-ruhiyyə kimi vacib xüsusiyyətlərini ötürə bilmir. Alimlər ümid edirlər ki, nəticə etibarilə onlar insan səsinin bütün ifadə imkanlarını təmin edən bir səs neyroprotezi hazırlaya biləcəklər. Bu cihaz sayəsində pasientlər nitqlərinin tonunu və ritmini idarə edə, hətta mahnı oxuya biləcəklər.
 
technote.az
 
Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi