AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Meta tərəfindən CapCut analoqu Edits istifadəyə verilib

24.04.2025 / Maraqlı məlumatlar

Meta şirkəti CapCut-a bənzər video yaradıcı tətbiqi olan Edits-in istifadəyə verildiyini rəsmi şəkildə elan edib. Qlobal şəkildə təqdim olunmuiş Edits tətbiqi yaradıcıların video ideyalarını izləməsinə, yeni məzmun üçün ilham almasına, effektlər və süni zəka alətləri ilə videolar yaratmasına imkan verəcək. Tətbiq həm iOS, həm də Android platformalarında mövcuddur. Tətbiqin bütün funksiyaları ilkin mərhələdə tamamilə pulsuz olacaq. Lakin bu ayın əvvəlində Instagram rəhbəri Adam Mosseribildirmişdi ki, Edits-in gələcək versiyalarında ödənişli funksiyalar da ola bilər.
Şirkət Edits üzərində çalışdığını ilk dəfə yanvar ayında açıqlamışdı. Həmin vaxt ByteDance şirkətinə məxsus CapCut TikTok-un müvəqqəti qadağası ilə əlaqədar ABŞ tətbiq mağazalarından çıxarılmışdı. Hərçənd ki, CapCut sonradan yenidən onlayn istifadəyə verildi və onu yükləmək mümkündür, TikTok-un ABŞ-dakı gələcəyi hələ də qeyri-müəyyəndir. Meta isə CapCut-un mümkün yoxluğu fonunda fürsətdən istifadə etməyə hazırlaşır. Yeni tətbiqin istifadəyə verilməsi Meta və Instagram-a bütün növ yaradıcıları qısa formatlı məzmun üçün CapCut əvəzinə Edits-dən istifadə etməyə təşviq etmək imkanı verir.
     
Elan postunda Instagram qeyd edir ki, Edits yaradıcıların təkcə Instagram və ya Facebook üçün deyil, həm də “istənilən platforma” üçün video hazırlamasına kömək etmək məqsədilə hazırlanıb. Bu ifadə böyük ehtimalla TikTok və YouTube Shorts kimi rəqiblərə işarədir. Qeyd etmək lazımdır ki, Edits ilə CapCut arasında əsas fərqlərdən biri odur ki, Edits videoları su nişanı (watermark) olmadan ixrac etməyə imkan verir. Müqayisə üçün, CapCut-da videonu su nişanı olmadan ixrac etmək üçün CapCut Pro versiyasını almaq lazımdır. Tətbiqin funksiyalarına gəlincə, Ideas funksiyası sizə yeni videolar üçün fikirləri qeyd etməyə imkan verir, Projects funksiyası isə müxtəlif işlərinizi bir yerdə təşkil etməyə və idarə etməyə kömək edir.
Inspirations funksiyası ilə siz trenddə olan səslərə baxa və tapdığınız audio ilə video yarada bilərsiniz. Edits tətbiqinin Green screen funksiyası videolarınızın fonunu dəyişməyə imkan verir. Həmçinin Timeline funksiyası klipləri düzəltmək və sıralamaq üçün istifadə olunur. Videolarınıza Instagram-ın musiqi kitabxanasından musiqi əlavə etməklə yanaşı, avtomatik altyazılar da əlavə edə bilərsiniz. Bundan əlavə, tətbiqin Animate funksiyası sayəsində süni zəka ilə statik şəkilləri videoya çevirmək mümkündür. Cutouts funksiyası isə müəyyən obyektləri dəqiq izləmə ilə seçib ayırmağa imkan verir.
Videonuz hazır olduqda onu birbaşa tətbiqdən Instagram və ya Facebook-da paylaşa bilərsiniz. İstəsəniz, videonu digər platformalarda paylaşmaq üçün də ixrac edə bilərsiniz. Edits həmçinin analitik məlumatları da təqdim edir. Meta gələcəkdə Edits tətbiqinə əlavə olunacaq bir neçə yeni funksiyanı anons edib. Bunlara videoların “görünüş və hissini” dəyişmək üçün süni zəkadan istifadə imkanı verən Modify aləti daxildir. Bundan əlavə, Keyframes funksiyası istifadəçilərə videonun müəyyən anlarında kliplərin mövqeyini, fırlanmasını və ölçüsünü dəyişməyə imkan verəcək. Meta gələcəkdə daha çox şrift, mətn animasiyası, keçid effektləri, səs effektləri, filtrlər və musiqi seçimləri təqdim etməyi də planlaşdırır.
technote.az
Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi