AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

OpenAI şirkəti Chrome brauzerini almaqda maraqlıdır

24.04.2025 / Maraqlı məlumatlar

OpenAI nümayəndəsi məhkəmədə bildirib ki, əgər Google şirkəti Chrome brauzerini satmağa məcbur edilərsə, şirkət onun alınmasında maraqlıdır. ChatGPT məhsulunun rəhbəri Nick Turley bu açıqlamanı ABŞ-ın Google-a qarşı açdığı antiinhisar işi çərçivəsində verib. Hakimiyyət orqanları hesab edir ki, Chrome-un ayrılması Google-un axtarış xidmətləri bazarındakı dominant mövqeyini zəiflədə bilər. Hakim Amit Mehtadaha əvvəl Google-u onlayn axtarış sahəsində monopolist kimi tanıyıb və hazırda şirkətin təsirini məhdudlaşdırmaq üçün mümkün tədbirlər nəzərdən keçirilir. Google bu qərardan apellyasiya şikayəti verməyə hazırlaşır. Lakin məhkəmə Chrome-un satışına qərar versə, OpenAI onun potensial alıcısı olmağa hazırdır.
Həmçinin məlum olub ki, OpenAI hələ ötən il Google ilə tərəfdaşlıq barədə razılığa gəlməyə çalışıb ki, ChatGPT onun axtarış texnologiyalarından istifadə edə bilsin. Hazırda neyroşəbəkə məlumatları Microsoft-un Bing axtarış sistemindən alır, lakin Turley-in qeyd etdiyi kimi, şirkət “axtarış xidmətlərinin təchizatçısı ilə bağlı ciddi keyfiyyət problemləri” yaşayır. OpenAI tərəfindən məhkəməyə təqdim olunmuş məktubda deyilir: “Əminik ki, Google ilə əməkdaşlıq bizə məhsulu təkmilləşdirməyə kömək edərdi”. Lakin Google bu tərəfdaşlıqdan imtina edib. Eyni zamanda, OpenAI öz axtarış sistemini inkişaf etdirməkdə davam edir, lakin ilkin plan - 2025-ci ilə qədər ChatGPT-nin sorğuların təxminən 80%-ində öz axtarış sisteminə əsaslanacağı - çox optimist olub.
Bu hədəfə yalnız bir neçə ildən sonra çatmaq mümkün olacaq. Mütəxəssislər hesab edirlər ki, OpenAI-nin Chrome-a marağı təkcə axtarışla bağlı deyil, həm də uzunmüddətli strategiya ilə əlaqəlidir. Brauzerə sahib olmaq şirkətə istifadəçilərə və onların məlumatlarına birbaşa çıxış imkanı verərdi ki, bu da Google və Microsoft ilə rəqabətdə onun mövqeyini gücləndirə bilərdi. Hazırda isə hakim qərar verməlidir: Google-un məcburi bölünməsi baş tutacaqmı və Chrome müstəqil aktivə çevriləcəkmi? Əgər Chrome həqiqətən satışa çıxarılarsa, OpenAI əsas iddiaçılardan biri olacaq, lakin bazardakı digər iri oyunçular arasında da onun uğrunda ciddi mübarizənin baş verməsi istisna edilmir.
technote.az
Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi