AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Kosmosda iki obyekti birləşdirən "körpü" kəşf edilib

24.04.2025 / Maraqlı məlumatlar
Astronomlar Persey qalaktika topası üzərində apardıqları tədqiqat zamanı uzun müddətdir həll olunmamış kosmik sirrlərdən birini aydınlaşdırmağı bacarıblar. Onlar kainatdakı ən böyük qalaktika toplusundan biri ilə toqquşmuş nəhəng, itkin bir obyekt aşkar ediblər. Persey qalaktika topası kainatdakı ən kütləvi strukturlardan biri hesab olunur. Bu topa cazibə qüvvəsi ilə bir-birinə bağlı minlərlə qalaktikadan ibarətdir və bizdən təxminən 240 milyon işıq ili uzaqlıqda yerləşir. Alimlər uzun müddətdir ki, bu cür qalaktika topalarının yüksək enerjili birləşmələr nəticəsində böyüdüyünü düşünürdülər. Bu birləşmələr Böyük partlayışdan bəri kainatda baş verən ən güclü hadisələrdən biri ola bilər. Kütləsi 600 trilyon Günəş kütləsi olaraq qiymətləndirilən Persey qalaktika topası uzun müddət sabit bir struktur kimi qəbul olunurdu və onun artıq birləşmə dövrünü keçdiyi düşünülürdü.
Lakin astronomlarda Persey topasının məhz birləşmə nəticəsində böyüdüyünə dair aydın sübutlar çatışmırdı. İndi isə astronomlar Yerdə yerləşən Subaru teleskopunun köməyi ilə bu uzunmüddətli tapmacanı həll etməyə imkan verən itkin obyekti aşkar ediblər. Alimlər daha əvvəl Persey topasının başqa bir nəhəng obyektlə toqquşmasının izlərini tapmışdılar, lakin həmin obyektin özü yalnız indi müşahidə edilə bilib. Astronomların sözlərinə görə, onlar uzun müddət qalaktik toqquşmanın itkin olan elementini axtarıblar və indi Persey topasındakı bütün qəribə strukturları izah edə bilirlər. Bu itkin element, Persey topasının mərkəzi qalaktikasından 1.4 milyon işıq ili qərbdə yerləşən qaranlıq materiyadan ibarət nəhəng bir strukturdur.
Bundan əlavə, topanın mərkəzi ilə bu itkin struktur qaranlıq materiyadan ibarət bir körpü ilə birləşir. Astronomlar bu körpünün kütləsini 200 trilyon Günəş kütləsi olaraq qiymətləndiriblər. Bu körpü keçmişdə baş vermiş birləşmənin mövcudluğuna dair sübut sayılır. Aparılan modelləşdirmə göstərib ki, qaranlıq materiyadan ibarət bu struktur təxminən 5 milyard il əvvəl Persey qalaktika topası ilə toqquşub və bu toqquşmanın qalıqları hələ də Persey topasının hazırkı strukturunun formalaşmasında rol oynayır. Qaranlıq materiya kainatdakı ən sirli substansiyalardan biridir. O, işıqla qarşılıqlı əlaqəyə girmədiyi üçün demək olar ki, görünməz olaraq qalır, lakin cazibə qüvvəsi ilə qarşılıqlı təsiri qalaktik strukturların formalaşmasına kömək edib.
     
Persey qalaktika topasındakı itkin elementi astronomlar cazibə linzalanması (qravitasiya linzalanması) adlanan hadisə vasitəsilə aşkar edə biliblər - bu hadisə Albert Eynşteyn-in ümumi nisbilik nəzəriyyəsində proqnozlaşdırılmışdı. Ümumi nisbilik nəzəriyyəsinə görə, kütləyə malik obyektlər fəza-zaman parçasını əyirlər və cazibə qüvvəsi də məhz bu əyrilikdən yaranır. Əgər fon obyektindən gələn işıq şüası, məsələn, qalaktika topası kimi kütləvi bir obyektin yaratdığı əyilmiş fəza-zamandan keçirsə, onun trayektoriyası əyilir. Bu proses nəticəsində işıq güclənə bilər və fon obyekt daha parlaq görünə bilər.
Bu effekti yaradan kütləvi obyekt “cazibə linzası” adlanır. Cazibə linzalanması eyni zamanda linzanın özünün - bu halda Persey qalaktika topasının - struktur detalları barədə də məlumat əldə etməyə imkan verir. Qaranlıq materiya kütləyə malik olduğuna görə o da fəza-zamanı əyir və işığın trayektoriyasını öz cazibə təsiri ilə dəyişir. Bu səbəbdən cazibə linzalanması qaranlıq materiyanın cazibə linzası daxilində necə paylandığını müəyyən etməyə də kömək edə bilər. Məhz bu üsulla astronomlar Persey topasının nüvəsi ilə qaranlıq materiyadan ibarət nəhəng struktur arasında bir körpünün olduğunu və həmin strukturu aşkar ediblər.
technote.az
Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi