İdarəetmə Sistemləri İnstitutunun magistrantları “Magistr-2019” müsabiqəsinin qalibi olublar
03.04.2019 / XəbərlərAMEA prezidentinin 31 yanvar 2019-cu il tarixli Sərəncamına əsasən Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasında təhsil alan tələbələr arasında “Magistr-2019” müsabiqəsi keçirilib.
AMEA prezidentinin 15 mart 2019-cu il tarixli Sərəncamına əsasən “Magistr-2019” müsabiqəsinin nəticələrinə görə İdarəetmə Sistemləri İnstitutunun II kurs magistrantı Məlikzadə Zümrüd İmran qızı II yerə, I kurs magistrant Məmmədov Samir Tələt oğlu isə həvəsləndirici mükafata layiq görülmüşdür. AMEA Rəyasət Heyətinin 03 aprel 2019-cu il tarixində keçirilən iclasında AMEA-nın prezidenti, akademik Akif Əlizadə tərəfindən qalib magistrantlara mükafatlar təqdim edilmişdir.