
“Peşəkar təhsilin aktual problemləri” adlı VI beynəlxalq elmi-praktik konfransı keçiriləcək
23.04.2025 / Maraqlı məlumatlar
12-13 iyun 2025-ci il tarixlərində Belarus Dövlət İnformatika və Radioelektronika Universitetinin "Minsk Radio Mühəndislik Kolleci"nin təşkilatçılığı ilə “Peşəkar təhsilin aktual problemləri” adlı VI Beynəlxalq elmi-praktik konfransı keçiriləcək.
Konfransın sahələri:
1) Əmək bazarı ilə təhsil sisteminin inteqrasiyası;
2) Peşə təhsili sistemində gənclər siyasətinin və təhsil fəaliyyətinin həyata keçirilməsi üçün müasir texnologiyalar;
3) Peşəkar təhsil sisteminin rəqəmsallaşdırılması;
4) Peşə təhsilinin dəstəklənməsinin psixoloji və pedaqoji aspektləri.
Konfrans materialları 20 may 2025-ci il tarixinədək qəbul olunur.
Konfransın işçi dilləri belarus və rus dilləridir.
Ətraflı məlumat üçün aşağıdakı linklərə keçid edə bilərsiniz:


