
Professor Ramin Rzayev “Süni intellekt və rəqəmsal iqtisadiyyat: cari vəziyyət və inkişaf perspektivləri” mövzusunda məruzə edib
17.04.2025 / Mühüm xəbərlər
17 aprel 2025-ci il tarixdə Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun Optimal İdarəetmə şöbəsinin növbəti seminarı keçirilib. Seminarda Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun Qərarların qəbul edilməsini dəstəkləyən informasiya sistemləri laboratoriyasının müdiri, t.e.d., professor Ramin Rzayev “Süni intellekt və rəqəmsal iqtisadiyyat: cari vəziyyət və inkişaf perspektivləri” mövzusunda məruzə edib.
Məruzədə süni intellekt texnologiyalarının rəqəmsal iqtisadiyyata perspektiv təsirinin öyrənilməsinin aktuallğı şərh olunub.


