
Professor Ramin Rzayev Riyaziyyat və Mexanika İnstitutunun Ümuminstitut seminarında çıxış edib
24.04.2025 / Mühüm xəbərlər
23 aprel 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun növbəti Ümuminstitut seminarı keçirilib. Seminarda Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun Qərarların qəbul edilməsini dəstəkləyən informasiya sistemləri laboratoriyasının müdiri, t.e.d., professor Ramin Rzayev “Süni intellekt və rəqəmsal iqtisadiyyat: cari vəziyyət və inkişaf perspektivləri” mövzuda məruzə edib.
Məruzədə süni intellekt texnologiyalarının rəqəmsal iqtisadiyyata perspektiv təsirinin öyrənilməsinin aktuallğı şərh olunub.


