AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

“STAR.VISION”: Lazer rabitəsi peyklərarası əlaqəni 100 dəfə sürətləndirəcək

24.04.2025 / Maraqlı məlumatlar

Lazer rabitəsi peyklərarası kommunikasiya sürətini ənənəvi üsullarla müqayisədə 100 dəfədən çox artırır.

Bunu “STAR.VISION”şirkətinin nümayəndəsi Brüs Vey (Bruce Wei) Bakıda keçirilən Kosmik Texnologiyalar Konfransında (STC2025) səsləndirib.

Onun sözlərinə görə, hazırda dünyada hələ də internetə çıxışı olmayan 2,6 milyard insan yaşayır və dünya ölkələrinin təxminən yarısının öz kosmik agentliyi yoxdur.

“Bu səbəbdən düşünürük ki, kosmik texnologiyalar dünyanı birləşdirə bilər. Bu kontekstdə ortaya çıxan əsas sual budur: kosmosda yeni nəsil qlobal şəbəkəni necə qurmalıyıq? Burada həyata keçirdiyimiz Oriental Smart Eye (OSE) proqramını xatırlatmaq istərdim. Bu proqram çərçivəsində 252 peykdən ibarət qlobal sistem formalaşdırılır. Bu il ərzində 10 peykin buraxılması planlaşdırılıb, artıq dörd peyk orbitdədir. İlin sonunadək daha altısının buraxılması nəzərdə tutulur. Növbəti 5-7 il ərzində isə bütövlükdə 252 peyk orbitə çıxarılacaq”, - deyə o bildirib.

B. Vey əlavə edib ki, şirkət bu ilin dördüncü rübündə lazer rabitə peykini orbitə çıxarmağı planlaşdırır:

“Peyklər bir-biri ilə çox sürətli şəkildə əlaqə qurmalıdır. Lazer rabitəsinin ötürmə sürəti saniyədə 100 gigabitə çata bilər ki, bu da ənənəvi rabitə üsullarından 100 dəfədən çox yüksəkdir. Biz tərəfdaşlarımızı bu missiyaya qoşulmaq imkanlarını nəzərdən keçirməyə dəvət edirik”.

report.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi