AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Mars, Rozet dumanlığı, spiralvari qalaktika - Kosmosdan yeni möhtəşəm görüntülər

25.04.2025 / Maraqlı məlumatlar

24 aprel 2025-ci il tarixində "Hubble" kosmik teleskopunun 35 yaşı tamam oldu. Bu münasibətlə NASA teleskopun çəkdiyi dörd yeni möhtəşəm görüntünü yayımlayıb: Marsın yaxın planda görünüşü, ulduzların doğulduğu Rozet dumanlığı (Rosette Nebula), "NGC 2899" adlı planetar dumanlıq və "NGC 5335" adlı spiralvari qalaktika.

Bu barədə Kosmik Agentliyi xəbər verir.

Qeyd edək ki, "Hubble" teleskopu 1990-cı ildə orbitə buraxılıb və o vaxtdan bəri kainat haqqında inqilabi kəşflərə imza atıb. İlk illərdə texniki qüsurlar olsa da, sonradan edilən təmir və yenilənmələrlə teleskopun görüntü keyfiyyəti xeyli yaxşılaşdırılıb.

Marsın yeni yayımlanan fotoları 2024-cü ilin dekabrında planet Yerə ən yaxın mövqedə olanda çəkilib. Fotolarda Marsın şimal buzlaqları, yatmış vulkanlar və narıncı Farsidə yaylası aydın görünür.

Digər görüntülərdə isə ulduz yaranma bölgəsi olan Rozet dumanlığı və ömrünü başa vurmuş ulduzların yaratdığı rəngarəng "NGC 2899" dumanlığı təsvir edilib.

Həmçinin 225 milyon işıq ili uzaqlıqda yerləşən "NGC 5335" spiralvari qalaktika da göstərilib - onun parlaq mərkəzində yeni ulduzlar yaranır.

Teleskop hazırda hələ də fəaliyyət göstərir, amma artıq yaşlandığı üçün tez-tez nasazlıqlar baş verir. Buna baxmayaraq, "Hubble" kainatın sirlərini açmağa davam edir.

oxu.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi