AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

SOCAR-ın Bakı Ali Neft Məktəbində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci illiyinə həsr edilmiş Tələbə və Gənc Tədqiqatçıların VI Beynəlxalq Elmi konfranslarının açılış mərasimi keçirilib

25.04.2025 / Maraqlı məlumatlar

BANM-ın rektoru Elmar Qasımov tədbirin açılışında bildirib ki, artıq altı ildir keçirilən bu beynəlxalq konfranslara maraq ildən-ilə artır. Vurğulanıb ki, konfransların əsas məqsədi tələbə və gənc tədqiqatçıların elmi fəaliyyətini stimullaşdırmaq, onları beynəlxalq elmi ictimaiyyətə inteqrasiya etdirmək, eləcə də müasir elmi texnologiyalar sahəsində fikir və təcrübə mübadiləsi üçün platforma yaratmaqdır. Rektor, həmçinin BANM-ın gənc alimlərin yetişdirilməsinə xüsusi önəm verdiyini qeyd edib.


Elm və təhsil nazirinin müavini Firudin Qurbanov beynəlxalq elmi tədbirlərin ölkəmizdə elmin inkişafına və gənclərin elmi fəaliyyətə marağının artmasına böyük töhfə verdiyini vurğulayıb. Nazir müavini BANM-ın müasir texnologiyalar və avadanlıqlarla təchiz edildiyini, 102 Prezident təqaüdçüsündən 33-ünün BANM tələbəsi olduğunu qeyd edib. Bu, Ali Məktəbin yüksək təhsil səviyyəsini və tələbələrinin potensialını nümayiş etdirir.


SOCAR-ın İnsan Kapitalının inkişafı və Funksional mükəmməllik Departamentinin rəisi Tural Məmmədov da tədbirdə çıxış edərək BANM-ın son illərdə qazandığı uğurları xüsusi vurğulayıb. Tədbiri BANM-ın uğurlu fəaliyyətinin məntiqi davamı və Ali Məktəbin tələbə və gənc tədqiqatçıların inkişafına verdiyi önəmi kimi qiymətləndirib. Habelə hər gün tələbələrin qələbə və müvəffəqiyyət xəbərlərini almasının, BANM-ın yüksələn mükəmməlliyinin göstəricisi olduğunu qeyd edib.

 

Eləcə də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Sumqayıt Dövlət Universitetinə rektor əvəzi Əminağa Sadıqov və Elm və Təhsil Nazirliyinin Neft-Kimya Prosesləri İnstitutunun direktoru akademik Vaqif Abbasov çıxış ediblər. Qeyd olunub ki, bu cür beynəlxalq konfranslar gənclər üçün əvəzolunmaz təcrübə sahəsi yaradaraq, elmi müzakirələrə qatılmalarına və biliklərini artırmalarına imkan verir, bununla da onları gələcəkdə daha güclü alimlər və mütəxəssislər kimi yetişdirir.


BANM-ın tədris və elmi işlər üzrə prorektoru Sevda Zərgərova konfrans haqqında məlumat verib. Qeyd olunub ki, builki konfranslara yerli və xarici gənc tədqiqatçıdan 340 müraciət daxil olub. Müraciətlərdən 300-ü müsbət rəy alıb ki, bu da ümumi müraciətlərin 80 faizini təşkil edir.


BANM-dan isə 198 tələbə və gənc tədqiqatçı bu mühüm elmi tədbirə qoşulub.

 

Beynəlxalq iştirakçılar tərəfindən təqdim olunan 19 müraciətdən 18-i qəbul olunub.

 

Bu il əvvəlki illərlə müqayisədə rekord sayda, 12 müxtəlif ölkədən – ABŞ, Böyük Britaniya, Portuqaliya, Finlandiya, Almaniya, Macarıstan, İtaliya, Polşa, Sinqapur, Pakistan, Səudiyyə Ərəbistanı, Özbəkistan və Rusiya kimi ölkələrin ali təhsil müəssisələrinin nümayəndələri iştirakçılar arasında yer alıblar.


Qeyd edək ki, Tələbə və Gənc Tədqiqatçıların VI Beynəlxalq Elmi konfransları “Dayanıqlı Kimya və Kimya mühəndisliyinə doğru”, “İNFOTECH 2025” və “Neft-qaz geologiyası və mühəndisliyi” mövzularını əhatə edir.

bhos.edu.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi