ADA-da dəyirmi masa keçirildi
08.04.2019 / Xəbərlər2019-cu il aprelin 8-də ADA Universitetində “Nüvə və yüksək enerji fizikası XXI əsrdə hara gedir?” mövzusunda dəyirmi masa keçirilib. Elmi müzakirənin keçirildiyi iclasda AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun "İdarəetmənin riyazi məsələləri" laboratoriyasının rəhbəri-AMEA-nın professoru İlqar Məmmədov və həmin laboratoriyanın aparıcı elmi işçisi-dosent Ələkbər Axundov iştirak etmişdilər.
Mənbə: https://azertag.az