AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Həyat üçün vacib molekullar kosmik vakuumda da formalaşa bilərlər

29.04.2025 / Maraqlı məlumatlar
Adətən hesab olunur ki, mürəkkəb kimyəvi proseslər yalnız planetlərə və ya enerjisi və maddəsi dinamik qarşılıqlı təsir göstərən digər səma cisimlərinə xasdır. Lakin görünür ki, bu belə deyil - alimlər getdikcə daha çox müxtəlif yerlərdə, hətta kosmik məkanda da prebiotik kimyanın izlərini tapırlar. Yeni bir tədqiqat göstərir ki, bəzi prebiotik maddələr - həyat üçün vacib tərkib hissələri - kainatın soyuq vakuumunda çox qısa müddətdə əmələ gələ bilər. Əvvəlki araşdırma artıq göstərmişdi ki, soyuq qaz buludlarındakı xırda toz zərrəcikləri biomolekulların formalaşmasında reaksiya mərkəzləri rolunu oynaya bilərlər. Alimlər bu prosesi daha dərindən öyrəndikcə aşkar edirlər ki, bu qaz buludları üzvi molekullarla təəccüblü dərəcədə zəngindir. Yeni araşdırma isə bu anlayışı daha da genişləndirir.
Havay Universitetinin astrokimyaçıları müəyyən prebiotik molekulların ulduzlararası qaz buludlarında əmələ gəlib-gələ bilməyəcəyini müəyyən etmək istədilər. Bu məqsədlə onlar Krebs dövranını, başqa adla limon turşusu dövranını araşdırdılar. Bu metabolik yol eukariotlar, yəni aerob orqanizmlər tərəfindən qidanın enerjiyə çevrilməsi üçün istifadə olunur. Nəzəriyyəyə görə, Krebs dövranında iştirak edən kimyəvi maddələr həyat yaranmazdan əvvəl mövcud olub. Məqalədə deyilir: “Bütün müasir həyat formalarının Krebs dövranından asılı olması, bu dövranın Yer üzündəki ən qədim canlı orqanizmlərdə də mövcud olduğunu göstərir. Əgər bu molekullar qədim metabolik sistemlərin formalaşması üçün vacib idisə, bu molekulların abiotik sintezi biokimyəvi təkamül üçün şəraitin yaranmasında açar rolunu oynaya bilərdi”.
Yaponiyanın Hayabusa-2 adlı kosmik aparatı bir neçə müddət bundan öncə Ryuqu asteroidindən nümunələr gətirmişdi. Bu nümunələrdə Krebs dövranı ilə əlaqəli karboksil turşuları aşkar edilib ki, bu da Krebs dövranının kosmosda formalaşması fərziyyəsinə əlavə dəstək verir. Digər tərəfdən, James Webb teleskopu ulduzlararası buzlarda sadə molekullar - xüsusilə metan, karbon qazı, su və metanol tapıb. Qalaktik kosmik şüaların təsiri nəticəsində bu maddələr Krebs dövranındakı üzvi molekullara çevrilə bilər. Bu fərziyyəni daha dərindən yoxlamaq üçün alimlər molekulyar buludların şəraitini modelləşdiriblər.
Ulduzlararası qazı demək olar ki, tamamilə sıfıra qədər dondurublar və sonra onu imitasiyalı kosmik şüaların təsirinə məruz qoyublar. Daha sonra isə buludlarda yaranan ulduz enerjisini simulyasiya etmək üçün onları tədricən qızdırıblar. Tədqiqatçılar müəyyən ediblər ki, bu soyuq buludlarda cəmi bir neçə milyon il ərzində mono-, di- və trikarboksil turşuları da daxil olmaqla, mürəkkəb karboksil turşularının tam dəsti formalaşıb. Əldə olunmuş bəzi molekullar tərkibinə görə Ryuqu asteroidində tapılmış molekullarla üst-üstə düşür, bu isə qaz buludlarında Krebs dövranı molekullarının yaranması ehtimalını daha da gücləndirir. Əgər bu molekullar gənc ulduz sistemlərinə düşübsə, asteroidlər və ya kometalar vasitəsilə planetlərə yayıla bilərdilər. Ola bilsin, Yerə də məhz bu yolla gəliblər.
technote.az
Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi