AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Beynəlxalq Kosmik Stansiyada süni zəka istifadəyə verilib

29.04.2025 / Maraqlı məlumatlar
Meta və Booz Allen şirkətləri birgə şəkildə Beynəlxalq Kosmik Stansiya (BKS) üçün Space Llama adlı süni zəka sistemini hazırladıqlarını elan ediblər. Sistem nisbətən zəif avadanlıqlarda işləmək üçün optimallaşdırılıb. Bu, Llama 3.2 böyük dil modelinin təkmilləşdirilmiş versiyasıdır. BKS-də o, astronavtlara mürəkkəb elmi təcrübələrin aparılmasında kömək edəcək, həmçinin stansiyanın sensorlarından və cihazlarından gələn ilkin xam məlumatların emalı ilə məşğul olacaq. Hələ 2024-cü ilin yanvar ayında BKS-yə HPE şirkətinin yeni x86 serverləri - bir GPU ilə təchiz olunmuş Edgeline EL4000 və HPE DL360 Gen10 serverləri - çatdırılmışdı. Məlumatların toplanması üçün platformaya Kioxia şirkətinin 130 TB tutumlu SSD bloku əlavə olunub.
Daha sonra, avqust ayında, Booz Allen Hamilton şirkəti bu avadanlıqda böyük dil modelinin - insanlarla təbii dil vasitəsilə ünsiyyət qura bilən süni zəka sisteminin işə salındığını elan edib. Bortdakı süni zəkanın əsas vəzifəsi astronavtlara daim Yer ilə məlumat mübadiləsinə ehtiyac olmadan tövsiyələr verməkdir. Bundan əlavə, Space Llama stansiyadakı sensorlardan gələn məlumatların ilkin emalını həyata keçirir və Yerə xam məlumat axınları əvəzinə artıq işlənmiş analitik nəticələri göndərir. Bu da, BKS-də hər zaman məhdud olan trafiki əhəmiyyətli dərəcədə qənaət etməyə imkan verir. Meta və Booz Allen-in verdiyi məlumata görə, Space Llama süni zəkası stansiyadakı elmi laboratoriyada - ISS National Laboratory-də (Beynəlxalq Kosmik Stansiyanın Milli Laboratoriyası) aparılan təcrübələrdə dəstək vermək üçün nəzərdə tutulub.
Meta dəqiqləşdirir ki, astronavtlar Space Llama sistemindən texniki arayış sənədlərindən məlumat çıxarmaq üçün istifadə edə bilərlər. Bundan əlavə, sistemdə Llama 3.2 modelinin tətbiqi sayəsində, daxili computer vision funksiyaları vasitəsilə multimodal faylları da emal etmək mümkündür. Süni zəkanın işləməsi üçün Yer planetindən xüsusi təlimatlar tələb olunmur, bu da o deməkdir ki, o, şəbəkənin ötürmə qabiliyyəti məhdud olsa belə, hesablamaları müstəqil şəkildə yerinə yetirə bilir. "Bu təşəbbüs, BKS-in Milli Laboratoriyasında fəaliyyət göstərən tədqiqatçıları geniş elmi layihə spektrində dəstəkləmək və Ayın, Marsın fəthində, müasir peyk və dron imkanlarının tətbiqində, həmçinin yeni nəsil avtonom sistemlərin yaradılmasında mühüm addım olmaq məqsədi daşıyır" - Meta əməkdaşları belə izah ediblər.
technote.az
Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi