AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

“SİMA İmza” ilə “digital.login”ə girişlərin həcmi 118 dəfə artıb

30.04.2025 / Maraqlı məlumatlar

“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi” (AZCON Holding) tərkibində fəaliyyət göstərən “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA yeni nəsil rəqəmsal imza dövlət və özəl sektordakı elektron xidmətlərə əlçatanlığı artırmağa davam edir.

“AzInTelecom”dan bildirilib ki, 2025-ci ildə çoxsaylı elektron xidmətləri özündə birləşdirən “digital.login” vahid giriş platformasına daxilolmaların 35,55 faiz-i “SİMA İmza” ilə həyata keçirilib. Bu, SİMA rəqəmsal imzanın yaradıldığı 2022-ci illə müqayisədə 118 dəfə artım deməkdir.

Hazırda “digital.login” vahid giriş platformasında 150-dən çox dövlət və özəl qurumun elektron xidmətlərinə SİMA yeni nəsil rəqəmsal imza ilə əlçatanlıq mümkündür.

Qeyd edək ki, “SİMA İmza” mobil tətbiqinin endirilmə sayı 4 milyona yaxındır. Yeni nəsil rəqəmsal imza ilə tərəfdaşlıq edən dövlət və özəl qurumların sayı 70-i ötüb. Ölkə qanunvericiliyinə edilən müvafiq dəyişiklikdən sonra əmək müqavilələrinin 98 faizi (2 milyona yaxın şəxs tərəfindən) “SİMA İmza” ilə elektron şəkildə imzalanıb. SİMA ilə həyata keçirilmiş ümumi tranzaksiya sayı isə 36 milyonu ötüb.

Qeyd edək ki, “SİMA İmza” ilə vətəndaşların xidmət mərkəzlərindən asılılığına son qoyulur, xidmət göstərənlərin iş yükü və xərcləri azalır. Dövlət və özəl sektorda vətəndaşların və qurumların rəqəmsal əməliyyatlarını asanlaşdırır. Azərbaycan vətəndaşları, Azərbaycanda qanuni əsaslarla yaşayan əcnəbilər, fərdi sahibkarlar və hüquqi şəxslər olduqları yerdən elektron xidmətlərdən yararlanırlar.

“SİMA İmza” istifadə rahatlığı, sürət və təhlükəsizlik baxımından dövlət-özəl tərəfdaşlığı çərçivəsində həm vətəndaş məmnuniyyətinin yüksəlməsinə, həm də şəxslərin rəqəmsal hökumət konseptindəki rolunun aktivləşməsinə təkan verib. Mobil tətbiqi yükləməklə əldə olunan yeni nəsil rəqəmsal imza vətəndaşlar üçün ödənişsizdir.

azertag.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi