AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Neuralink-in 3-cü pasienti beyin çipi və süni zəka vasitəsilə nitqini bərpa edib

30.04.2025 / Maraqlı məlumatlar
Brad Smith - bu ilin əvvəlində beyninə implant yerləşdirilmiş Neuralink-in üçüncü pasienti - tam iflic və nitq qabiliyyətini itirməsinə səbəb olmuş qeyri-verbal yan amiotrofik skleroz (ALS) xəstəliyinə baxmayaraq, indi süni zəka və kompüter texnologiyalarının köməyi ilə ünsiyyət qura bilir. Neuralink yanvar ayında dərc etdiyi bloq yazısında bildirmişdi ki, artıq 3 nəfərə beyin implantı yerləşdirilib, o cümlədən Brad-a da. Məlumatda deyilir: “Bu 3 nəfərin heç biri əllərini və ayaqlarını hərəkət etdirə bilmir - Noland və Alex onurğa beyni zədəsi səbəbindən, Brad isə yan amiotrofik skleroz (ALS) səbəbindən. Hər biri Neuralink şirkətinin PRIME adlı tədqiqatında könüllü olaraq iştirak edib.
 
 
Bu klinik sınaq, Link çipinin iflic vəziyyətində olan insanların gündəlik həyatında təhlükəsizliyini və faydalılığını nümayiş etdirməyi hədəfləyir”. Smith ağız küncləri və gözlərindən başqa bədəninin heç bir hissəsini hərəkət etdirə bilmir. “Gözlərimdən başqa heç nəyi hərəkət etdirə bilmirəm və həyatımı və tənəffüsümü dəstəkləmək üçün tamamilə süni tənəffüs aparatından asılıyam” - deyə o, X platformasında paylaşdığı videoda bildirib. Smith qeyd edib ki, o, bütün ünsiyyətini Neuralink implantı vasitəsilə həyata keçirir və bu videonu da beyin-kompüter interfeysi (BCI) sayəsində MacBook Pro-da siçanı idarə edərək hazırlayıb.
     
Onun köməyi ilə Neuralink komandası söhbəti dinləyən və cavab variantları yaradan süni zəkaya əsaslanan bir çat tətbiqi hazırlayıb. “Tətbiq Grok 3 və mənim köhnə səsimin süni zəka klonundan istifadə edərək cavab variantları yaradır” - deyə Smith bildirib. “Bir dostum məndən atları sevən sevgilisinə hədiyyə ideyaları tapmağımı xahiş etdi. Mən bir variant seçdim və süni zəka mənim səsimlə ona sevgilisinə yerkökü buketi hədiyyə etməyi tövsiyə etdi” - deyə o danışıb. “Biz həmçinin kursor vasitəsilə mətn yığmağı daha sürətli etmək üzərində də işləyirik”. Sonda Smith bildirib ki, Neuralink ilə təcrübəsi “fantastik” olub, çünki bu onun həyatını yaxşılaşdırıb. “Həyat gözəldir” - deyə Brad Smith vurğulayıb.
technote.az
Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi