İdarəetmə Sistemləri İnstitutunun magistrantları Bakı Ali Neft Məktəbində konfransda iştirak ediblər
19.04.2019 / Xəbərlərİdarəetmə Sistemləri İnstitutunun magistrantları 15-19 aprel 2019-cu il tarixlərində Bakı Ali Neft məktəbində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş Tələbələrin I Respublika elmi konfransında iştirak ediblər. II kurs magistrant Yadigar Əliyev və I kurs magistrant Ülviyyə Kadaşevanın məruzələri həvəsləndirici sertifikata layiq görülmüşdür.