AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

1 il ərzində Google Play-dəki tətbiqlərin yarısı silinib

01.05.2025 / Maraqlı məlumatlar
2024-cü ilin əvvəlindən bu günə qədər Google-un Play Market platformasındakı tətbiqlərin sayı 3.4 milyondan 1.8 milyona düşüb. Bu isə istifadəçilər üçün əlçatan olan tətbiqlərin sayının 47% azaldığı mənasını verir. TechCrunch bunu Appfigures statistikasına istinadən yazır. Google platformasında bu azalma hər hansı qlobal tendensiya ilə bağlı deyil: Əksinə, Apple App Store eyni dövrdə az da olsa artım göstərərək 1.60 milyondan 1.64 milyon mobil proqram təminatına çatıb. Bununla belə, Google-un platformasında baş verən bu dəyişikliklər əslində həm istifadəçilər, həm də vicdanlı tərtibatçılar üçün müsbət nəticələr verib. Belə ki, istifadəçilər fırıldaqçılıq, spam və keyfiyyətsiz tətbiqlərin çoxluğu ilə qarşılaşmaqdan qurtulublar, vicdanla çalışan tərtibatçılar isə axtarış nəticələrində görsənmək uğrunda qeyri-vicdanlı rəqiblərlə mübarizədə daha bərabər imkan əldə ediblər.
Son illər ərzində Google Play platformasında tətbiqlərin keyfiyyətinə dair kifayət qədər sərt olmayan tələblər bazarın aşağı səviyyəli tətbiqlərlə dolmasına səbəb olub. Apple isə hələ də App Store-da tətbiqlərin dərc olunmasından əvvəl ciddi yoxlama tədbirlərini qoruyub saxlayır. Google isə ənənəvi olaraq bu prosesi sürətləndirmək üçün əsasən avtomatlaşdırılmış prosedurlarla və zərərli proqram təminatını müəyyən etmək üçün kodun skan edilməsi ilə kifayətlənirdi. Lakin 2024-cü ilin iyul ayında Google minimal keyfiyyət tələblərini artıracağını elan etdi və bu, Play Market-dəki tətbiqlərin sayına təsir etmiş ola bilər. Hazırda şirkət yalnız nasaz, donan, quraşdırılmayan və ya düzgün işləməyən tətbiqləri deyil, həm də məhdud funksionallıq və məzmuna sahib olan layihələri dərcə buraxmır.
Bu kateqoriyaya sadəcə mətn təqdim edən və ya yalnız PDF fayllarla işləməyi təklif edən statik tətbiqlər daxildir. Həmçinin yalnız divar kağızı təqdim edən və ya çox az məzmuna malik olan tətbiqlər, heç bir funksiyası olmayan, test mərhələsində qalmış və ya tərtibatçılar tərəfindən tərk edilmiş layihələr də bloklanır. Yeni hesablarla tətbiq dərc edən tərtibatçılar üçün ətraflı və məcburi yoxlama prosesi tətbiq olunur. Əgər dələduzluq və ya aldatma sxemlərindən şübhə yaranırsa, prosesə mütəxəssislər də cəlb olunur. 2024-cü ildə şirkət təhdidlərin aşkarlanması üçün süni zəkanı işə salıb, məxfilik siyasətlərini sərtləşdirib və tərtibatçılar üçün alətləri təkmilləşdirib. Nəticədə, platformada 2.36 milyon qaydaları pozan tətbiq dərcə buraxılmayıb və zərərli proqram təminatı yaymağa cəhd edən 158 000-dən çox tərtibatçı hesabı bloklanıb.
Bundan əlavə, Avropa Birliyində tətbiq olunan yeni qaydalar da öz təsirini göstərib. Bu qaydalara əsasən, tərtibatçılar tətbiq təsvirində öz adlarını və ünvanlarını göstərməlidirlər. Bu tələbi pozan layihələr həmin regiondakı istifadəçilər üçün əlçatan olmur. Maraqlıdır ki, Appfigures Play Market-dəki tətbiq sayının azalma tendensiyasını ötən yay təmizləmə prosesi başlamazdan əvvəl müşahidə etdiyini bildirir. Şirkət isə hələ ki, bu halı izah edə bilməyib. Bununla belə, cari ildə platformada 10 400 yeni tətbiq dərc olunub və bu, ötən ilin aprel ayına nisbətən 7.1% artım deməkdir.
technote.az
Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi