AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Kainatın simulyasiya olması ilə bağlı yeni fərziyyə irəli sürülüb

01.05.2025 / Maraqlı məlumatlar
Bütün kainatın informasiya təbiətinə sahib olması və hesablama prosesi kimi işləməsi ehtimalı məşhur nəzəriyyələrdən biridir. Bu yanaşma informasiya fizikası sahəsindən qaynaqlanır və fiziki reallığın əslində strukturlaşdırılmış məlumatdan ibarət olduğunu irəli sürür. Yeni bir tədqiqatda fizik Melvin Vopson göstərir ki, qravitasiya kainatdakı hesablama prosesinin nəticəsidir. O, güman edir ki, qravitasiya əslində materiya haqqında məlumatın kainatda necə təşkil olunması ilə əlaqədar yarana bilər. İnformasiya dinamikasının ikinci qanunundan istifadə edən alim qeyd edir ki, materiya və obyektlər məkan daxilində bir-birinə qravitasiya ilə cəzb oluna bilərlər, çünki kainat məlumatı sıxılmış formada saxlamağa çalışır.
Başqa sözlə, kainat nəhəng bir kompüter kimi işləyə bilər və bizim reallığımız simulyasiya edilmiş bir quruluş ola bilər. Fizik deyir ki, necə ki kompüterlər yaddaşa qənaət etmək və daha səmərəli işləmək üçün çalışırlar, kainat da eyni şeyi edə bilər. Bu səbəbdən qravitasiya - kainatın təşkilatlanmış qalmağa, yəni məlumatlarını nizamlı şəkildə saxlamağa çalışdığı bir hadisədir. Başqa sözlə, qravitasiya - informasiyanın sıxılmasına kömək edən hesablama prosesində optimallaşdırma mexanizmidir. Fizikin fikrincə, qravitasiya cazibəsi kainatda informasiya entropiyasını azaltmaq yönündəki fundamental meyildən yaranır. Bu isə o deməkdir ki, biz əslində kainatın virtual simulyasiyasında yaşaya bilərik və qravitasiya bunun sübutudur.
Qravitasiya cazibəsi informasiya entropiyasını azaltmağa kömək edir. Bu entropiya isə əslində müəyyən bir məkanda obyektin nə qədər informasiya daşıdığını göstərir. Qravitasiya qalaktikaların formalaşmasında və obyektlərin bir-birinə təsirində mühüm rol oynayır. Vopson-un nəzəriyyəsinə görə, obyektlər bir-birinə cəzb oluna bilərlər, çünki kainat sadəcə hər şeyi optimallaşdırılmış və sıxılmış şəkildə saxlamağa çalışır. Melvin Vopson, kainatın əslində simulyasiya olduğuna dair fərziyyəni təsdiqləyən ilkin sübutlar tapdığını iddia etməsi ilə tanınır. Onun yeni nəticələri informasiya nəzəriyyəsindəki entropiya anlayışına əsaslanır. İnformasiya entropiyası adi entropiyaya bənzəsə də, ondan fərqlidir.
Əgər adi entropiya zamanla artmağa meyllidirsə, Vopson-un fikrincə, informasiya entropiyası zamanla azalır və o bunu informasiya dinamikasının ikinci qanunu adlandırır. Alim hesab edir ki, əgər bizim kainatımız simulyasiyadırsa, o zaman simulyasiyanın işləməsi üçün hesablamaların gücünü və yaddaş tələblərini azaltmaq məqsədilə daxili optimallaşdırma və məlumat sıxma mexanizminə ehtiyac var. Vopson deyir ki, bu, rəqəmsal məlumatlarda, bioloji sistemlərdə, riyazi simmetriyalarda və bütövlükdə kainatda müşahidə edilə bilən bir haldır. Fizik bildirir ki, kainatın həqiqətən simulyasiya olub-olmaması sualı açıq olaraq qalır, lakin qravitasiyanın entropik təbiəti göstərir ki, informasiya fiziki reallığın fundamental tərkib hissəsidir və məlumatların sıxılması kainatda fiziki prosesləri idarə edir.
technote.az
Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi