AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Sürücüsüz taksilər bu tarixdən işləyə bilərlər

01.05.2025 / Maraqlı məlumatlar

Texnologiya və süni intellekt sahəsində innovativ yanaşmaları ilə tanınan İlon Mask bu dəfə də nəqliyyat sektorunda diqqətçəkən yeniliyə imza atmaq üzrədir.

"Tesla"nın məqsədi yalnız elektrikli avtomobillərlə bazarı dəyişmək deyil. Şirkət indi sürücüsüz tam avtonom taksi xidməti ilə nəqliyyatın gələcəyini formalaşdırmağa çalışır. Bu məqsədlə yaxın aylarda reallaşdırılacaq pilot layihə təkcə Tesla üçün deyil, bütövlükdə avtomobil sənayesi üçün dönüş nöqtəsi ola bilər.

2025-ci ilin iyun ayında "Tesla" şirkəti Texas ştatının Ostin şəhərində "Project Rodeo" adlı avtonom taksi xidmətinin sınaq mərhələsinə start verməyi planlaşdırır. Bu layihə tam sürücüsüz sərnişin daşıma xidmətinə keçid üçün ilk ciddi addım hesab olunur.

"Project Rodeo" çərçivəsində yüksək səviyyədə avtonom idarəetmə proqram təminatı ilə təchiz edilmiş 10-20 ədəd Model Y avtomobilinin istifadəsi nəzərdə tutulur. Bu avtomobillər sürücüsüz rejimdə fəaliyyət göstərəcək və şəhər daxilində sərnişin daşıyacaq.Layihənin uğurla həyata keçirilməsi üçün Tesla artıq uzun müddətdir hazırlıq işləri aparır. Avtonom sistemlərin sınaqdan keçirilməsi məqsədilə təxminən 300 operator Ostin küçələrində müxtəlif ssenarilər üzrə prototiplərlə testlər aparır və real yol şəraitində süni intellektin davranışını təkmilləşdirmək üçün məlumatlar toplayır.   

Mütəxəssislər bu təşəbbüsün Tesla-nın avtonom nəqliyyat bazarındakı iddialarını gücləndirəcəyini və şirkətin gələcək nəqliyyat konsepsiyalarının reallığa çevrilməsi yolunda əhəmiyyətli mərhələ olacağını düşünürlər.

news.milli.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi