
Dissertasiya işinin müzakirəsi keçirilib
05.05.2025 / Xəbərlər
5 may 2025-ci il tarixində AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun nəzdində fəaliyyət göstərən ED 1.20 Dissertasiya Şurasının 1203.01– “Kompüter elmləri” ixtisası üzrə elmi seminarının iclasında institutun dissertantı Səyyarə Qismətəli qızı Hidayətzadənin “Ceyranbatan su anbarının ekoloji təhlükəsizliyinə nəzarət edən intellektual informasiya sisteminin işlənməsi” mövzusunda texnika elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müzakirəsi keçirilib. Dissertasiya işi növbəti mərhələyə təqdim olunmaq üçün tövsiyə edilib.


