AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

“Neuralink” insan beyninə görmə qabiliyyətini bərpa edən çip yerləşdirməyi planlaşdırır

06.05.2025 / Maraqlı məlumatlar

ABŞ Hökumətinin Səmərəliliyi İdarəsinin (DOGE) rəhbəri və “SpaceX” şirkətinin sahibi İlon Mask ümid edir ki, onun “Neuralink” layihəsi çərçivəsində gələn il ərzində insan beyninə görmə qabiliyyətini bərpa edəcək çip implantasiya ediləcək.

Mask bununla bağlı deyib: “Neuralink”dən görmə qabiliyyətini itirmiş insanlara, hətta anadangəlmə qüsuru olanlara da görmə imkanı verən “Blindsight” adlı cihaz hazırlanır. Bu çip beynin görmə korteksi ilə birbaşa əlaqə quracaq. Mən bu ilin sonunda bir insana ilk “Blindsight” implantını köçürə biləcəyimizi gözləyirəm. Əminəm ki, yaxın 12 ay ərzində bunu edə biləcəyik”.

Bundan əlavə, Mask ümid edir ki, gələcəkdə “Neuralink”in inkişafı onurğası zədələnmiş insanların yenidən yeriməsinə kömək edəcək.

Maskın 2016-cı ilin iyulunda əsasını qoyduğu “Neuralink” startapı insan beyninə implantasiya edilə bilən çiplər hazırlayır. Sahibkar hesab edir ki, bu cür qurğular insanlara süni intellektə müqavimət göstərə bilən kiborqa çevrilməyə imkan verəcək, həm də düşüncə gücündən istifadə edərək onlara kompüteri idarə etməyi öyrənməyə kömək edəcək.

2024-cü il yanvarın 28-də “Neuralink” ilk dəfə telepatiya implantını insan beyninə yerləşdirib. Bu çip iflic xəstəsinə kompüteri idarə etməyə imkan verib. 2024-cü ilin avqust ayının əvvəlində Mask neyroçipin ikinci xəstəyə implantasiya olunduğunu elan edib, 2025-ci ilin yanvar ayında isə üçüncü şəxsə implant yerləşdirilib.

azertag.az

Tweet
ELANLAR
  • 22.06.2026
    UFAZ-da növbəti beynəlxalq konfrans (AIDT 2026) keçiriləcək
  • 23.04.2026
    İnnovativ Sintez və Funksional Materiallar üzrə Beynəlxalq Konfrans (ISFM 2026) keçiriləcək
  • 17.02.2026
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 30.01.2026
    "Beşinci sənaye inqilabına doğru - universitetlərin rolu, çağırışlar və imkanlar" mövzusunda Beynəlxalq Elmi-Praktik Konfrans keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi