AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Kosmoloji model ilə uyğunlaşmayan 3 qeyri-adi qalaktika kəşf edilib

06.05.2025 / Maraqlı məlumatlar
Astronomlar James Webb kosmik teleskopunun köməyi ilə gözlənilməz bir kəşf ediblər. Onlar, Böyük partlayışdan cəmi 500 milyon il sonra mövcud olmuş 3 çox qəribə qalaktika aşkar ediblər. Bu qalaktikaların əsas xüsusiyyəti ondan ibarətdir ki, həmin dövr üçün olduqca kütləvi və parlaqdırlar - bu isə kainatın tarixində bu qədər erkən bir mərhələyə uyğun gəlmir. Xatırladaq ki, Webb kosmik teleskopu 2022-ci ilin yayında Yer kürəsindən 1.5 milyon km uzaqlıqda fəaliyyətə başlayıb. O, ən uzaq - yəni ən qədim - qalaktikaları müşahidə etməyə imkan verən xüsusi infraqırmızı cihazlarla təchiz olunub.
Bu illər ərzində Webb teleskopu vasitəsilə astronomlar kosmosun anlaşılmasını yaxşılaşdıran bir sıra mühüm kəşflər ediblər. Lakin bəzən bu kəşflər yeni sirrləri də ortaya çıxarır. Məhz bu sonuncu kəşf həmin sirli hallara aiddir. Standart kosmoloji model olan Lambda-CDM modelinə görə, kainat 13.8 milyard il əvvəl Böyük partlayış nəticəsində yaranıb. Cəmi bir neçə 100 milyon il sonra ilk qalaktikaların formalaşması başlayıb. Lakin bu kosmoloji modelə əsasən, həmin qalaktikalar ulduzların yavaş-yavaş yaranması hesabına kütləni tədricən toplayıb və kainatın ilk 1 milyard ili ərzində bu qalaktikalar kiçik və solğun olub. Lakin astronomlar erkən kainatda daha əvvəl məlum olmayan üç qalaktika aşkar ediblər ki, onların kütləsi və parlaqlığı tədqiqatçıları təəccübləndirib.
 
Bu qalaktikalar çoxsaylı ulduzlar səbəbilə parlaqdır, lakin belə bir halın o dövrdə mövcud olması nəzəri olaraq mümkün deyil. Astronomlar bildirirlər ki, bu yeni kəşf kainatın tarixini, xüsusən də ilk qalaktikaların formalaşma modellərini yenidən nəzərdən keçirməyə məcbur edə bilər. Bu üç qalaktikanın tərkibində çoxlu toz olduğu üçün onlar qırmızımtıl bir rəng alır. Hər üç qalaktikanın kütləsi demək olar ki, bizim Süd Yolu qalaktikamızla eynidir. Süd Yolunun kütləsi təxminən 1 trilyon Günəş kütləsinə bərabər hesab olunur. Bu kütləyə çatmaq üçün Süd Yolu milyardlarla il ərzində ulduzlar yaratmalı olub, lakin yeni kəşf qalaktikaların formalaşması haqqında anlayışı dəyişir.
     
Bu qalaktikalar kainatın ilk milyard ilində mövcud olmaq üçün çox kütləli və parlaqdırlar. Alimlər müəyyən ediblər ki, bu qalaktikalarda ulduzlararası qazın yarısı artıq ulduza çevrilib. Halbuki eyni dövrdəki digər qalaktikalarda bu rəqəm 20%-i keçməyib. Yəni bu qalaktikalarda ulduzların yaranma sürəti, həmin dövrün digər qalaktikaları ilə müqayisədə təxminən 2 dəfə yüksəkdir, özü də onlar daha sonrakı dövrlərdə yaranmış qalaktikalardan belə üstündür. Kosmoloji modellərə əsasən, bir çox qalaktikalar hətta bir neçə milyard il ərzində qazlarının 20%-dən çoxunu ulduzlara çevirə bilmirlər.
 
Bu o deməkdir ki, erkən kainatda indiyə qədər naməlum olan müəyyən şərtlər ulduzların sürətli yaranmasına imkan verib və bunun sayəsində nisbətən qısa kosmik zaman kəsiyində çox kütləli qalaktikalar formalaşa bilib. Alimlərin sözlərinə görə, qalaktikalar ulduzlararası qazın ulduzlara çevrilməsi prosesinin daha səmərəli olması sayəsində kütləni daha sürətlə toplaya biliblər. Bunun niyə baş verdiyi isə hələlik astronomlara məlum deyil. Webb teleskopu bu uzaq qalaktikalardan gələn və bizə 13 milyard ildən çoxdur ki, səyahət edən işığı tutduğu üçün, astronomlar sözügedən qalaktikaların o dövrdə necə göründüyünü müşahidə edə biliblər. Lakin onların sonradan başına nə gəldiyini öyrənmək hələlik mümkün deyil. Ola bilsin ki, bu üç qalaktika astronomlara hələ məlum olmayan, formalaşma və inkişaf prosesi tamamilə fərqli olan bir qalaktikalar qrupuna aiddir.
technote.az
Tweet
ELANLAR
  • 11.03.2026
    Elmi Şuranın ilk iclası keçiriləcək
  • 11.03.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
  • 06.03.2026
    14-15 aprel 2026-cı il tarixlərində Naxçıvan Dövlət Universitetində "Elmi inkişaf: uğurlar və çağırışlar" Doktorantların və Gənc Tədqiqatçıların III Respublika elmi konfransı keçiriləcəkdir.
  • 06.03.2026
    07–08 may 2026-cı il tarixlərində “Magistrantların XV Regional konfransı” keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi