
Dissertasiya işinin müzakirəsi keçirilib
06.05.2025 / Maraqlı məlumatlar
6 may 2025-ci il tarixində İdarəetmə Sistemləri İnstitutunun (İSİ) nəzdində fəaliyyət göstərən ED 1.20 dissertasiya şurasının 3338.01 – Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi ixtisası üzrə elmi seminarının iclasında iddiaçı Sevinc Elman qızı Paşayevanın Texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə yerinə yetirdiyi «Direktiv sənəd bazasında axtarış informasiya sisteminin işlənilməsi» mövzusunda təqdim edilən dissertasiya işinin müzakirəsi keçirilib. Dissertasiya işi növbəti mərhələyə təqdim olunmaq üçün tövsiyə edilib.


