AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Google" bütün sındırılmış "Gmail" hesablarına girişi bərpa edəcək

07.05.2025 / Maraqlı məlumatlar

"Google" hesabları fişinq hücumları nəticəsində oğurlanan "Gmail" istifadəçilərinə təlimat təqdim edib.

Bu barədə "Daily Mail" məlumat verir.

Şirkət bildirib ki, parolun oğurlanması səbəbindən hesaba giriş mümkün olmasa belə, istifadəçilərin bir həftə ərzində nəzarəti yenidən bərpa etmək imkanı var.

Bərpa üçün hesab tənzimləmələrində göstərilən ehtiyat telefon nömrəsi və ya elektron poçt ünvanı olmalıdır. Bu məlumatlar istifadəçiyə təhlükəsizlik suallarına cavab verməyə və şəxsiyyətini təsdiq etməyə imkan verir. Beləliklə, "Google" bütün istifadəçiləri hesablarında bu ehtiyat bərpa üsullarının tənzimlənməsindən əmin olmağa çağırır.

"Google"un bu elanı "Gmail" istifadəçilərinin əhəmiyyətli bir hissəsini hədəf alan "mürəkkəb" fişinq kampaniyasının təsdiqlənməsindən sonra verilib.

Bu cür hücumlardan biri rəsmi bildiriş (məsələn, məhkəməyə çağırış vərəqi) formasında olub və saxta, lakin "Google"un giriş səhifələrinə bənzər və ya "dəstək portallarına" aparan bağlantılardan ibarət olub. Bu səhifələr istifadəçilərin hesab məlumatlarını oğurlamaq məqsədilə yaradılıb. Qeyd edilib ki, dələduzlar brauzerdəki ünvanı google.com domeninin bir hissəsi kimi göstərmək üçün "Google Sites" kimi xidmətlərdən istifadə ediblər. Bu cür məktubları tanımaqda çətinlik onların standart autentifikasiya yoxlamalarından keçə bilməsi idi.

Bu cür təhdidlərə cavab olaraq "Google" artıq tədbir gördüyünü və hücumların bu şəkildə həyata keçirilməsinə imkan verən mexanizmi söndürdüyünü bildirib. Bundan əlavə, şirkət istifadəçilərə iki faktorlu autentifikasiyanı (2FA) aktivləşdirməyi və adi parollarla müqayisədə daha yüksək təhlükəsizlik səviyyəsini təmin edən keçid açarlarından (passkeys) istifadə etməklə hesablarının təhlükəsizliyini gücləndirməyi tövsiyə edir.

oxu.az

Tweet
ELANLAR
  • 22.06.2026
    UFAZ-da növbəti beynəlxalq konfrans (AIDT 2026) keçiriləcək
  • 23.04.2026
    İnnovativ Sintez və Funksional Materiallar üzrə Beynəlxalq Konfrans (ISFM 2026) keçiriləcək
  • 17.02.2026
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 30.01.2026
    "Beşinci sənaye inqilabına doğru - universitetlərin rolu, çağırışlar və imkanlar" mövzusunda Beynəlxalq Elmi-Praktik Konfrans keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi