AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Kvant dünyası ilə Eynşteyn qanunlarını birləşdirməyin potensial üsulu tapılıb

07.05.2025 / Maraqlı məlumatlar
Alimlər elementar zərrəciklər fizikasının Standart modeli ilə uyğun gələn şəkildə cazibə qüvvəsini izah edən yeni kvant cazibə nəzəriyyəsi yaradıblar. Bu, kainatın necə başladığını daha yaxşı anlamağa yol açır. Nəhayət, təbiətin cazibə qüvvəsini elektromaqnit, güclü və zəif qarşılıqlı təsirlər kimi digər 3 qüvvə ilə birləşdirən “hər şeyin nəzəriyyəsi” adlanan yanaşma reallığa daha da yaxınlaşıb. Alimlərin yaratdıqları yeni kvant cazibə nəzəriyyəsi fizikanın uyğunsuz əsaslarını - cazibə qüvvəsini izah edən Albert Eynştey-nin ümumi nisbilik nəzəriyyəsi ilə kvant dünyasını izah edən kvant nəzəriyyəsini birləşdirməyə kömək edəcək. Son onilliklərin əsas məqsədlərindən biri məhz bu “hər şeyin nəzəriyyəsi”ni və ya tam kvant cazibə nəzəriyyəsini yaratmaqdır.
Bu nəzəriyyə nəhayət ki, qara dəliklərin daxilindəki singulyarlığa və kainatı yaradan Böyük partlayışın mahiyyətinə izah gətirməlidir. O, təbiətin 4 əsas qüvvəsini birlikdə izah edərək, kainatın fizikasını tam şəkildə anlamağa imkan verməlidir, çünki hələ də bir çox sual cavabsız qalır. Fiziklər üçün yeni cazibə nəzəriyyəsinin yaradılmasında əsas məqam cazibə qüvvəsini uyğun bir kalibrləmə nəzəriyyəsində necə təsvir etməyin yolunu tapmaq idi. Kalibrləmə nəzəriyyəsi - hissəciklərin bir-biri ilə sahə vasitəsilə qarşılıqlı təsir göstərdikləri bir nəzəriyyə növüdür. Alimlərin sözlərinə görə, ən məşhur kalibrləmə sahəsi elektromaqnit sahəsidir. Yüklü hissəciklər bir-biri ilə qarşılıqlı təsirə girdikdə, bu təsir onların arasında olan və müvafiq kalibrləmə sahəsi olan elektromaqnit sahəsi vasitəsilə baş verir.
Əgər hissəciklərin enerjisi varsa, və yalnız enerjiyə sahib olduqları üçün qarşılıqlı təsirə girirlərsə, bu təsirlər cazibə sahəsi vasitəsilə baş verəcək. Fiziklərin əsas məqsədlərindən biri cazibə qüvvəsi üçün elə bir kalibrləmə nəzəriyyəsi tapmaqdır ki, bu, təbiətin digər 3 qüvvəsini izah edən kalibrləmə nəzəriyyələri ilə uyğun gəlsin. Elementar zərrəciklər fizikasının Standart modeli bu 3 qüvvəni təsvir edən kalibrləmə nəzəriyyəsidir və müəyyən simmetriyalara malikdir. Tədqiqatın müəlliflərinin sözlərinə görə, əsas ideya - cazibə qüvvəsi üçün elə bir kalibrləmə nəzəriyyəsi qurmaqdır ki, onun simmetriyası elementar zərrəciklər fizikasının Standart modelindəki simmetriyaya bənzər olsun.
     
Bu yanaşma, ümumi nisbilik nəzəriyyəsindəki fərqli fəza-zaman simmetriyası əsasında nəzəriyyə qurmaqdan fərqlidir. Belə bir nəzəriyyə olmadan fiziklər kvant nəzəriyyəsi ilə Albert Eynşteyn-in ümumi nisbilik nəzəriyyəsini uzlaşdıra bilmirlər. Kvant nəzəriyyəsi subatom hissəciklərinin dünyasını izah edir, Eynşteyn-in nəzəriyyəsi isə daha böyük obyektləri və onların cazibə qarşılıqlı təsirini təsvir edir. Hər iki nəzəriyyə kainatı öz baxış bucağından uğurla izah edir, lakin bir-biri ilə uyğun gəlmir. Alimlər bildirirlər ki, cazibənin kvant nəzəriyyəsi - kvant cazibə nəzəriyyəsi, cazibə sahəsi və yüksək enerji olan hallarda baş verən hadisələri anlamaq üçün zəruridir.
Belə şərtlər qara dəliklərin daxilində və kainatın tarixinin başlanğıcında, Böyük partlayışdan dərhal sonra mövcud olub. Qara dəliklərin daxilində və kainatın yaranmasının ilk anlarında müasir fizika qanunları keçərli deyil və bu vəziyyətləri izah etmək üçün “hər şeyin nəzəriyyəsi” lazımdır. Alimlər bildirirlər ki, onlar simmetriya əsasında cazibə qüvvəsinin yeni nəzəriyyəsinə yanaşma kəşf ediblər və bu ideyanı inkişaf etdirməyə başlayıblar. Alınan nəzəriyyə “hər şeyin nəzəriyyəsi”nin yaradılması üçün böyük potensiala malikdir. Hərçənd yeni cazibə nəzəriyyəsi ümidverici görünür, fiziklər onun hələ tam sübut edilmədiyini qeyd edirlər.
technote.az
Tweet
ELANLAR
  • 11.03.2026
    Elmi Şuranın ilk iclası keçiriləcək
  • 11.03.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
  • 06.03.2026
    14-15 aprel 2026-cı il tarixlərində Naxçıvan Dövlət Universitetində "Elmi inkişaf: uğurlar və çağırışlar" Doktorantların və Gənc Tədqiqatçıların III Respublika elmi konfransı keçiriləcəkdir.
  • 06.03.2026
    07–08 may 2026-cı il tarixlərində “Magistrantların XV Regional konfransı” keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi